Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2516/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, həmçinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5 və 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında 3(009)- 2516/2025 saylı işin hazırki işə birləşdirilməsi barədə Səbail Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərardadına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Müəyyən edilmişdir ki, eyni vaxtda baş vermiş hadisəyə görə Şəxs barəsində həm də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5 və 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmədə 3(009)-2516/2025 nömrə ilə qeydə alınmışdır. Həmin iş üzrə Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qərardadına əsasən qeyd edilən iş hazırki işə birləşdirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan digər iş, yəni 3(009)-2516/2025 nömrəli iş hazırki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5, 510, 511.1.3 və 535.1-ci maddələri ilə olan işə baxılması hakimin səlahiyyətində olduğundan, işin hakim tərəfindən baxılmasını istisna edən halların mövcud olmaması, inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edildiyi, işin icraatını rədd edən halların olmaması, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığı, iş üzrə vəsatətlər və etirazlar olmadığından icraata qəbul edilməli, işin baxılması 06 oktyabr 2025ci il tarixə, saat 13:05-ə təyin edilməli, məhkəmə iclasının müddəti və yeri barəsində işdə iştirak edən şəxslərə məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 106 və 109 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5 və 511.1.3-cü maddəsi ilə məhkəmənin icraatında olan 3(009)-2516/2025 nömrəli iş hazırki işə birləşdirilsin və işə 3(009)-2515/2025 nömrə ilə baxılsın. İşin baxılması 06 oktyabr 2025-ci il tarixə, saat 13:05-a təyin edilsin, məhkəmə iclasının müddəti və yeri barəsində işdə iştirak edən şəxslərə məlumat verilsin. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2516/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2516/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver