Məhkəmə qərarları › İş №3(009)-2521/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2521/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2521/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X10, zərərçəkmiş (tələbkar) X1 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X14 tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1571/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Şəxs Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1571/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon İcra şöbəsinin icra məmuru X13 bu protokolu tərtib edir ondan ötrü ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1571/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 310 manat sabit pul məblğəində aliment tutularaq X3 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu xx.xx.2018-ci il tarixdə şöbəyə dəvət edilmiş və ondan izahatı alınmışdır. İzahatında işsiz olduğunu, əlavə gəlir yerinin olmadığını bildirmiş və bu səbəbdən alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Borclu tərəfindən tələb təmin edilmədiyindən xx.xx.2018-ci il tarixdə o, yenidən şöbəyə dəvət edilmiş və ondan izahatı alınmışdır. İzahatında 600 manat ödəniş etməyə imkanın olduğunu bildirmiş, qalan borcu isə tez bir zamanda hissə- hissə ödəyəcəyini qeyd etmişdir. Onun barəsində xx.xx.2018-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə olarkən tələbkar X4 ilə aralarında razılığa gələrək 600 manat məbləğində aliment tələbkarın xeyrinə ödəmişdir. Tələbkar 600 manat məbləğində alimenti alması ilə bağlı xx.xx.2018-ci il tarixli qəbz yazmışdır. Bu səbəbdən Səbail rayon Məhkəməsinin 3(009)-1348/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən borclu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsi qərara alınmışdır. Sonrakı dövrdə borclu yenidən aliment borcunun, həmçinin aylıq aliment ödənişlərinin ödəmədiyindən o, yenidən şöbəyə dəvət edilmişdir. xx.xx.2019-cu il tarixdə şöbədə olarkən izahatı alınmış, izahatında işsiz olduğunu əsas gətirmiş və bu səbəbdən alimenti ödəmədiyini bildirmişdir. Borclu Şəxs barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə təqdim edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən borclu Şəxs 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Daha sonra borclu icra sənədi üzrə tələbi tan şəkildə təmin etməmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2023cü il tarixdə X11 şöbəyə dəvət edilmiş və ondan izahatı almmışıdır. İzahatında hər ay alimenti ödədiyini və 40 manat əlavə olaraq yaranmış borcdan ödənişlər etdiyini, icra sənədini icra etməkdən boyun qaçırmadığını və hər ay alimenti ödədiyini qeyd etmişdir. Yaranmış borcu isə hissə-hissə ödəyəcəyini izahatına bildirmişdir. Borclunun bugünə olan borcu 2920 (iki min doqquz yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X14 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş (tələbkar) X1 nümayəndəsi X5 şikayətçi olduğunu bildirmiş, lakin məhkəmə iclasında tələbkar X3 zəng olunmuş və o şikayətçi olmadığını, şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs tələbkarla razılığa gəldiklərini və borcu vaxtında ödəyəcəyini məhkəməyə bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar