Məhkəmə qərarları › İş №3(009)-2523/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2523/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2523/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1970-ci il təvəllüdlü, evli, Türkiyə Respublikası vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi Y.Mürsəlov küçəsi ev 147 mənzil 65-də yaşayan X5 Azərbaycan Respublikası İXM-nin 528.1-1, 529.1 və 529.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1312/2022-015 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, borclu X10 inzibati cərimə məbləğini ödəməlidir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, borclu X10 tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində inzibati cərimə məbləği ödənilməlidir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, borclu X10 tərəfindən icra məmurunun qanuni tələblərinə əməl edilməyib və borc məbləği ödənilməyib. İnzibati xəta haqqında MN ******* saylı, MN ******* saylı və MN ******* saylı protokollara əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1312/2022-015 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İsmail Çağlayandan 3204 manat əsas, hüquqi yardıma görə 110 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu alınaraq tələbkar X6 ödənilməlidir. Keçirilmiş məhkəmə tikinti- texniki ekspertizası xərcinin (ümumilikdə 200 manat) X1 60 manat, İsmail Çağlayandan 140 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin ******* nömrəli, xx.xx.2021 il tarixli icra sənədinə əsasən borclu Çaİlayan İsmaildən 3000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X3 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədləri xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. Belə olan halda icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində xx.xx.2022-ci il tarixli “borclunun axtarılması barədə’’ qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş, Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda borclu barəsində axtarış elan edildiyi qeyd edilmişdir. Borclunun xx.xx.2023-cü il tarixli izahatında borc məbləğini bu gün üçün ödəyə bilməyəcəyini, lakin vaxt verilərsə ödəniş eəcəyini bildirmişdir. 14 iyun 2023-cü ildə borclu Şəxs barəsində MN ******* saylı protokol tərtib edilmişdir və baxılması üçün Bakı Şəhər Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1213/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı ilə borclu Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 3(009)-1213/2023 saylı qərarından tələbkar X8 apellyasiya qaydasında şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1681/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 3(009)-1213/2023 saylı qərarı ləğv edilmiş, borclu barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmişdir. xx.xx.2023-cü ildə Şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Bakı şəhər Səbail Rayon Məhkəməsinə təqdimat verilmiş və bu təqdimat əsasında Bakı şəhər Səbail Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli , 8(009)-339/2023 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında hazırda borc məbləğindən ödəniş edə bilmədiyini, ona vaxt verilərsə bir neçə günə borcu tam olaraq ödəyəcəyini bildirmişdir. Həmçinin borclu Çağlayan İsmail tərəfindən icra sənədləri üzrə bugünədək heç bir ödəniş edilməmişdir. Nəticədə borclu Çağlayan İsmail Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci, 529.1 -ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X15 protokolları müdafiə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci, 529.1 -ci və 529.2-ci maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirmişdir ki, borclunun lüzumsuz yerə vaxtı uzatdığını, həmin pulu ödəməkdən yayındığını, artıq ikinci dəfə məhkəməyə gəldiklərini, lazım gələrsə həbs olunmasını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahatında bildirmişdir ki, həftənin ikinci gününə qədər qeyd edilən pulu ödəyəcəyini, ona biraz vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci, 529.1 -ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, X10 eyni vaxtda üç inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Bu Məcəllənin 529.2-ci maddəsinə əsadən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X7 İXM-nin 528.1-1, 529.1 və 529.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1, 529.1 və 529.2ci maddələri ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 30 noyabr 2023-cü il saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar