Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2526/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon DYPŞ-nin 04 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 04 oktyabr 2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏNETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon DYPŞ-nin 04 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 04 oktyabr 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə X1 eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsi barədə müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon DYPŞ-nin 04 oktyabr 2024cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 04 oktyabr 2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2526 saylı qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmişdir. X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edirəm ki, X2 şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən şikayət şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon DYPŞ-nin 04 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 04 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati xtənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2526/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2526/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver