Məhkəmə qərarları › İş №3(009)-2529/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2529/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2529/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, barəsində protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 13310.40 İngilis funt sterlingi məbləğində xarici valyutada olan vəsaiti 18 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13310.40 İngilis funt sterlingi məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati protokol tərtib olunan Şəxs MMC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Hesab-proforma: Müqavilənin şərtlərinə müvafiq olaraq hissəvi qaydada sifariş verilmiş malların dəyərinin hissəvi qaydada ödənilməsi ilə bağlı Satıcının Şirkətə göndərdiyi hesab-fakturadır. Hazırkı məhkəmə predmeti ilə bağlı 353.817,50 İngilis funt sterlinqi dəyərində bir sifariş tapşırığı (********** nömrəli) (bundan sonra "Sifariş Tapşırığı") mövcud olmaqla, həmin Sifariş Tapşırığının icrası Satıcı tərəfindən bir neçə (25000047, 25000050, 25000053, 25000054 nömrəli) hesab-proforma üzrə müəyyənləşdirilmişdir. Həmin hesab-proformaların məbləğlərinin cəmi Sifariş Tapşırığının məbləği ilə eyni (353.817,50 ingilis funt sterlinqi) olmaqla, hər bir hesabproformada Sifariş Tapşırığına istinad edilmişdir. Sözügedən hesab-proformaların icrası ilə bağlı isə Satıcının yerli bank hesabma bağlı 4 ödəniş tapşırığı mövcuddur. Həmin ödəniş tapşırıqlarının məbləğlərinin cəmi hesab-proformaların cəmi ilə eyni olmaqla (353.817,50 ingilis funt sterlinqi) hər bir ödəniş tapşırığında müvafiq hesab-proformaya istinad edilir. Eyni zamanda Sifariş Tapşırığında qeyd edilmiş malların təsviri də hesab-proformalarda əks olunanlarla üst-üstə düşür. Bununla təsdiq olunur ki, Şirkətin yerli bank hesabından ödənilmiş ümumilikdə 353.817,50 İngilis funt sterlinqi məbləğində ödəniş, o cümlədən hazırkı məhkəmə icraatının predmeti olan 13.310,40 İngilis funt sterlinqi məbləğində ödəniş yuxarıda qeyd edilən Sifariş Tapşırığı və hesab-proformalara bağlıdır və həmin sənədlərin icrası məqsədini daşıyır. Sifariş Tapşırığına əsasən sifariş edilmiş mallar Satıcı tərəfindən hissəvi qaydada (dörd hissədə) göndərilmişdir. Buna görə də həmin mallar (353.817,50 İngilis funt sterlinqi dəyərində) 4 gömrük bəyannaməsi (**********067, **********765, **********755, **********744 nömrəli) altında ölkə ərazisinə idxal edilmişdir. Hazırkı məhkəmə icraatının predmeti olan 13.310,40 İngilis funt sterlinqi pul vəsaiti ilə əlaqəli gömrük bəyannaməsi **********755 nömrəlidir. Sözügedən gömrük bəyannamələri məbləğlərinin cəmi (353.817,50 İngilis funt sterlinqi), Sifariş Tapşırığının məbləği (353.817,50 İngilis funt sterlinqi) və hesabproformaların məbləğlərinin cəmi (353.817,50 İngilis funt sterlinqi) ilə üst-üstə düşür. Həm beynəlxalq təcrübə, həm yerli təcrübəyə əsasən mallar satıcı tərəfindən göndərilərkən göndərilən malların təsviri, miqdarı, qiyməti, qablaşdırması və göndərilmiş ümumi bağlamanın kütləsini əks etdirən hesab-faktura (kommersiya invoysu) satıcı tərəfindən idxalçı şirkətə göndərilir. Sözügedən hesab-faktura həmçinin Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"da (bundan sonra "Metodika") 8001 kodu altında müəyyən edilmişdir. Hər bir bəyannamədə sözügedən kod altmda bəyannamənin bağlı olduğu hesab-fakturaya istinad edilmişdir. Hər bir bəyannamədə əks olunmuş malların təsviri, kütləsi və dəyəri həmin bəyannamənin bağlı olduğu hesabfakturadakı həmin məlumatlarla birbaşa üst-üstə düşür. Hər bir hesab-fakturada, eləcə də gömrük bəyannaməsində Sifariş Tapşırığının nömrəsinə istinad olunmuşdur. Yuxarıda istinad olunan sənədlərin təhlilindən aydm olur ki, Şirkətin yerli bank hesabmdan Satıcının xarici bank hesabına köçürülmüş ümumilikdə, 353.817,50 ingilis funt sterlinqi (hazırkı iş üzrə 13.310,40 İngilis funt sterlinqini ehtiva etməklə) məbləğ birbaşa bu etirazda qeyd edilən gömrük bəyannamələri və müvafiq olaraq həmin bəyannamələrdəki malların idxal olunması ilə bağlıdır. İlk öncə qeyd edilməlidir ki, xx.xx.2022 tarixində Şirkət ilə X2 qeydiyyata alınmış və fəaliyyət göstərin X5 Supples Caspian LTD Şirkəti (bundan sonra "Satıcı") arasmda materialların təchizatına dair C-110(2)-SMO-2022 nömrəli müqavilə (bundan sonra "Müqavilə") bağlanılmışdır. Tərəflər arasmda Müqavilə üzrə ödəniş və çatdırılma şərtlərini müəyyən edən xx.xx.2022-ci il tarixli C-110 SMO-2022 nömrəli Müqaviləyə əlavə (bundan sonra "Əlavə") bağlanılmışdır. Əlavə ilə müəyyən edilmiş ödəniş şərtlərinə əsasən Müqavilə üzrə Şirkətə göndəriləcək malların dəyəri avans qaydada ödənilməlidir. Qeyd etmək istərdik ki, Metodikaya əsasən idxal olunan malların Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə ödənişi nəzərdə tutulmadıqda, gömrük bəyannaməsinin 20-ci qrafasında qeyd olunan çatdırılma şərtinin kodu "140" olaraq müəyyən edilir. Malın dəyəri Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə əvvəlcədən ödənilməklə həyata keçirildiyi halda isə Metodikaya əsasən müəyyən edilmiş kod (bundan sonra "Kod") "100"olur. Bildirək ki, ilkin olaraq Şirkət Müqavilə üzrə ödənişi Şirkətə məxsus xarici bank hesabı (Societe Generale, Fransa) vasitəsilə həyata keçirmək niyyətində olmuşdur. Lakin daha sonra yaranmış geosiyasi vəziyyətlə əlaqədar Şirkət bu mövqeyini dəyişərək ödənişləri yerli bank hesabı vasitəsilə həyata keçirməyi qərara almışdır. Şirkətin bəyannaməçi qismində cəlb etdiyi "X7" MMC səhvən Müqavilə altında gəlmiş bütün malların gömrük bəyannamələrində çatdırılma şərtini "140" olaraq (ödəniş nəzərdə tutulmadıqda) qeyd etmişdir. Müqavilənin çərçivə müqaviləsi olduğunu, mal sifarişlərin kompleks şəkildə edildiyini, ödənişlərin hissəvi qaydada həyata keçirildiyini nəzərə alaraq bildirmək istərdik ki, Müqavilə ilə Şirkətə təchizatı nəzərdə tutulan mallar hissə-hissə ölkə ərazisinə idxal edilmiş və bununla bağlı gömrük orqanlarına müvafiq olaraq 23 gömrük bəyannaməsi təqdim edilmişdir. Sözügedən gömrük bəyannamələri altında idxal edilən mallar isə Şirkət tərəfindən Satıcıya ünvanlanmış müxtəlif sifariş tapşırıqları ilə bağlıdır (idxal edilən hər bir malın bağlı olduğu sifariş tağşırığının nömrəsi müvafiq gömrük bəyannaməsinin 47-ci qrafasmda qeyd edilmişdir). Hazırkı məhkəmə icraatının predmeti olan 13.310,40 İngilis funt sterlinqi məbləğində ödəniş isə xx.xx.2022-ci il tarixli ********** nömrəli sifariş tapşırığının (bundan sonra "Sifariş Tapşırığı") və 25000053 nömrəli hesab-fakturanın müqabilində həyata keçirilmişdir. Belə ki, həmin Sifariş Tapşırığına əsasən Şirkət tərəfindən 13.310,40 İngilis funt sterlinqi dəyərində mal sifariş verilmişdir. Müqavilənin şərtlərinə əsasən malın ödənişi və çatdırılması hissəvi qaydada müəyyənləşdirildiyindən Sifariş Tapşırığında qeyd edilən malların dəyərinin ödənişi və idxalı hissəvi qaydada həyata keçirilmişdir. Buna müvafiq olaraq, Sifariş Tapşırığı üzrə 198.980,10 İngilis funt sterlinqi məbləğində 25000050 nömrəli, 106.145,25 İngilis funt sterlinqi məbləğində 25000047 nömrəli, 13.310,40 İngilis funt sterlinqi məbləğində 26000053 nömrəli və 35.381,75 İngilis funt sterlinqi məbləğində 25000054 nömrəli, ümumilikdə 353.817,50 İngilis funt sterlinqi məbləğində hesabproformalar Satıcı tərəfindən Şirkətə təqdim edilmişdir. Həmin hesab- proformaların hər biri üzrə məbləğ Şirkətin yerli bank hesabından (ABB) müvafiq bank tapşırıqları əsasında Satıcıya ödənilmişdir (hər bir bank tapşırığında müvafiq hesab-proformaya istinad edilmişdir) və həmin ödənişlərin (ümumilikdə 353.817,50 İngilis funt sterlinqi) müqabilində ümumilikdə eyni dəyərdə mal **********067 (22.184,00 İngilis funt sterlinqi dəyərində), **********765 (998,64 İngilis funt sterlinqi dəyərində), **********755 (2.512,86 İngilis funt sterlinqi dəyərində - hazırkı məhkəmə işinin predmeti olan ödənişin müqabilində idxal edilən mal) və **********744 (328.122,00 İngilis funt sterlinqi dəyərində) nömrəli gömrük bəyannamələri üzrə ölkəyə idxal edilmişdir. Odur ki, istinad edilən sənədlər - Sifariş Tapşırığı, hesab-proformalar, ödəmə tapşırıqları, hesab-fakturalar (kommersiya invoysu) və gömrük bəyannamələri qarşılaşdırıldıqda aydın olur ki, Şirkətin yerli hesabından ödənilmiş ümumilikdə 353.817,50 ingilis funt sterlinqi məbləğində (hazırkı işin predmeti olan 13.310,40 İngilis funt sterlinqi də daxil olmaqla) valyuta vəsaiti müqabilində həmin dəyərdə mal (gömrük bəyannamələri üzrə malın dəyərinin cəmi) ölkə ərazisinə idxal edilmişdir. Həmçinin gömrük bəyannamələrinin 31-ci qrafasında idxal edilən malların təsviri əks olunmuşdur. Yuxarıda qeyd edilən gömrük bəyannamələri ilə Sifariş Tapşırığı, müvafiq hesab- proformalar və hesab-fakturalar (kommersiya invoysu) qarşılaşdırıldıqda aydın olur ki, gömrük bəyannamələrində əks olunan malların təsviri və qiyməti Sifariş Tapşırığı, sözügedən hesab- proformalar və hesab-fakturalarda qeyd edilənlərlə üst-üstə düşür. Gömrük bəyannamələrində qeyd edilmiş kodla bağlı isə nəzərinizə çatdırmaq istərdik ki, Bəyannamə Şirkətin bəyannaməçi qismində cəlb etdiyi "X7" MMC tərəfindən doldurularkən texniki səhv nəticəsində Kod "100" (hazırkı məhkəmə işinin predmeti olan 13.310,40 İngilis funt sterlinqi pul vəsaitinin əlaqəli olduğu **********755 nömrəli gömrük bəyannaməsinə münasibətdə "100" əvəzinə yuxarıda qeyd edilən digər bəyannamələrə münasibətdə isə müvafiq olaraq "100", "110", "120") əvəzinə "140" kimi qeyd edilmişdir. Sözügedən səhvin aradan qaldırılması ilə bağlı Şirkət Komitəyə və Mərkəzi Banka rəsmi müraciət ünvanlamışdır. Qeyd edilənlərdən aydın olur ki, Bəyannaməyə daxil edilmiş yanlış kod (140) qanunazidd niyyət olmadan bəyannaməçinin texniki səhvi nəticəsində daxil edilmişdir və həmin səhvin aradan qaldırılması ilə bağlı Şirkət lazımi səyləri göstərmişdir. Qeyd edək ki, Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edilə bilər. Eyni Məcəllənin 153.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasmda həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. Xüsusilə qeyd edilməlidir ki, İXM-in 12-ci maddəsinə əsasən inzibati xəta həmin məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən əməldir. Qeyd edirik ki, Protokolun hüquqi əsasını təşkil edən İXM-in 430.4-cü maddəsi ölkə ərazisindən xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində müvafiq malın idxal olunması, belə ki, həmin vəsaitin qanunazidd məqsədlər üçün istifadə olunmasının qarşısının alınması ilə bağlı münasibətləri qoruyur. Hazırkı halda isə xaricə köçürülmüş pul müqabilində malın Şirkət tərəfindən faktiki olaraq idxal edilməsi faktı müvafiq sənədlərlə təsdiq edilir və bununla Şirkət tərəfindən sözügedən münasibətlərə hər hansı qəsdin edilmədiyi sübuta yetirilir. Həmin mallar ölkə ərazisinə idxal edilərkən müvafiq kodun yanlış qeyd edilməsi isə İXM-in 430.4-cü maddəsinin qoruduğu valyuta münasibətlərinə aid olmamaqla, həmin məcəllənin gömrük bəyannaməsinin doldurulması ilə bağlı münasibətləri qoruyan müvafiq normasının təsiri dairəsinə düşür və həmin normalar üzrə inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək səlahiyyəti Mərkəzi Banka aid olmamaqla, gömrük orqanlarına məxsusdur. Bundan əlavə qeyd edilməlidir ki, Mərkəzi Bank tərəfindən protokol prosessual pozuntulara yol verməklə tərtib edilmişdir. Belə ki, İXM-in 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, müəyyən hallarda isə iki gün ərzində tərtib edilir. Mərkəzi Bankın tərtib etdiyi protokolda qeyd edilmişdir ki, inzibati xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. Qeyd edirik ki, mübahisələndirilən sənədlər yerli bank tərəfindən xx.xx.2024-cü il tarixində Mərkəzi Banka təqdim edilmişdir. Belə ki, Mərkəzi Bankın inzibati xətanın törədildiyini aşkar etdiyi an yerli bank tərəfindən sözügedən sənədlərin Mərkəzi Banka təqdim edildiyi tarixdir - xx.xx.2024-cü il. Buradan aydın olur ki, Mərkəzi Bank İXM-in 101-ci maddəsində müəyyən edilən müddətlərə riayət etməmiş, Protokolu sözügedən müddətləri ötürməklə tərtib etmişdir. Ona görə də Şəxs MMC barəsində başlanılmış İXM-nin 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili X4 bildirmişdir ki, göndərilən pul və gələn mal öz təsdiqini tapmışdır. İlk əvvəl 2 növ ödəniş xaricdən xaricə olduğu üçün 140 nömrəsi ilə qeyd edilmişdir, hazırki qarşılıqlı çalışdığımız logistika şirkətinin isə gömrük bəyannamələrin 140 nömrəsi saxlanılmışdır ki, səhv də buradan qaynaqlanmışdır. 140 nömrəsinin mahiyyətinin xaricdən xaricə köçürülən zaman qeyd edilir, hazırda Azərbaycandan xaricə pul köçürülmə edildiyi üçün 140 nömrəsinin tətbiqi mümkünsüzdür. 140 nömrənin əvəzinə 110-120 nömrəsinin tətbiq olunmalı idi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli, 6-2/2-1434/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Republikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmaması səbəbindən qabaqcadan ödəniş əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixdə 13.310.40 İngilis funt sterlingi məbləği köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci ildə 26000053 saylı invoysa əsasən 13.310.40 İngilis funt sterlingi, xx.xx.2022-ci il tarixli 25000054 saylı invoysa əsasən 35.381.75 İngilis funt sterlingi, xx.xx.2022-ci il tarixli 25000050 saylı invoysa əsasən 198.980.10 İngilis funt sterlingi, xx.xx.2022-ci il tarixli 25000047 saylı invoysa əsasən 106.145.25 İngilis funt sterlingi məbləği satıcı şirkətin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsi, işlər görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə 13.310.40 İngilis funt sterlingi məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməsi sübuta yetirilmişdir. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar