Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2534/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X1 nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, X1 Bakı şəhəri X10 İdarəsinin Səbail Rayon X8 xx.xx.2025-ci il tarixli, TP7540401 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci ildə X5 mülkiyyətində olan Ford Fusion markalı, 2013-cü il istehsalı olan **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən saat 11:00 radələrində Biləcəridə "Qardaşlar mebel" fabrikinin yanında yerləşən təmir sexinə yoxlanılması və təmir edilməsi məqsədi ilə 18-ci sexdə işləyən Şahid təhvil vermişdir. Usta Anar avtomaşının açarlarını ondan istəyərək sexdə yerdəyişmə ilə ilə əlaqədar lazım olacağını bildirmiş, o da maşının açarlarını Anara vermişdir. xx.xx.2025-ci ildə saat 21:46-da Anar ona zəng edərək maşınla qəza törətdikilərini bildirmişdir. O, atası ilə birlikdə qəza yerinə gəldikdə avtomaşının qabaq hissəsinin tam yarasız vəziyyətə düşdüyünü görmüşlər. Avtomaşında Anarla birlikdə daha 3 nəfər də olmuşdur. Anar başından yaralanmışdı. Digər 3 nəfərdə xəsarət izləri görünmürdü. Maşının daxilində olan video registratorundan görünür ki, xx.xx.2025-ci il saat 18:01-dən etibarən avtomaşın şəhər ərazisinə çıxarılıb və saat 18:37-də video registratoru söndürülüb. Video registratorunun söndürülməsi ona dəlalət edir ki, avtomaşın təmir sexinin ərazisindən çıxarılmış və şəxsi məqsədlər üçün istifadə olunmuşdur. Avtomobilin Şahid tərəfindən idarə edilməsi həqiqətə uyğun deyil. Avtomaşın avtomobildə əyləşən digər 3 nəfərdən biri tərəfindən idarə olunub. Buna görə də törədilən qəzaya görə Şahid cərimə edilməsi qanunsuzdur. Məqsəd qəzanı törədən şəxsi məsuliyyətdən yayındırmaqdır. Qəzanı törədən şəxs sərxoş olub və onun avtomobili idarə etməyə səlahiyyəti olmayıb. Şahid də avtomobili idarə etməyə səlahiyyəti olmayıb. Lakin həmin vaxtı Anarın sipirtli içki qəbul etməsi hiss olunmurdu. Yəni yaranmış vəziyyətdə Anarın cərimə olunması əlverişli hesab edilib. Hadisə zamanı avtomobildə olan şəxslərin izahatı alınmamış, onların maşında olmalarının səbəbləri araşdırılmamış, sərxoş olub-olmamaları yoxlanılmamış, Şahid başından xəsarət aldığı halda xəsarətin dərəcəsinin müəyyən olunması üçün tibbi ekspertiza təyin olunmamışdır. Sadalananlar onu göstərir ki, polis kapitanı Cavid Həsənov nəinki hadisəni tədqiq etmiş, əksinə baş vermiş cinayət hadisəsinin qeydə alınmasına qəsdən mane olaraq vurulmuş ziyanın ödənilməməsi üçün zəmin hazırlamışdır. Qeyd olunanlardan aydın olur ki, Şahid şəxsiyyəti ona məlum olmayan digər 3 nəfər şəxlə qabaqcadan əlbir olaraq talama məqsədi olmadan qanunsuz olaraq X4 məxsus Ford Fusion markalı, 2013-cü il istehsalı olan **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda (15700 manat) ziyan vurmaqla Cinayət Məcəlləsinin 185.2.1,185.2.4 maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi-vəkil Nümayəndə şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək xx.xx.2025-ci il tarixdə şikayətçiyə məxsus olan “Ford Fusion” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunmasının müəyyən edilməsi və ona dəymiş maddi ziyanın ödənilməsi üçün Bakı Şəhəri X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barısində şikayət verilən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, öz növbəsində, işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək araşdırma aparılması üçün yenidən qərarı qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixdə X4 məxsus “Ford Fusion” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunmasının müəyyən edilməsi məqsədilə Bakı Şəhəri X10 İdarəsindən videogörüntülərin təqdim edilməsi tələb olunmuş, lakin məhkəmə iclasının 2 dəfə təxirə salınmasına baxmayaraq qeyd olunan görüntülər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta hadisəsinin subyektinin müəyyən olunması, o cümlədən, X4 dəymiş ziyanın ödənilməsi üçün qeyd olunan videogörüntülərə baxış keçirilməsini zəruri hesab edərək şikayətin qismən təmin olunmaqla materialların əlavə araşdırılma aparılması üçün inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana göndərilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X10 İdarəsinin Səbail Rayon X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X10 İdarəsi Səbail Rayon X9 göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2534/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2534/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver