Məhkəmə qərarları › İş №3(009)-2535/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2535/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2535/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, 09 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında icraata xitam verilməsinə dair X1 şikayətə baxılmağa hazırlanması zamanı , M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində tərtib 09 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibatə xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X3 xx.xx.1992- ci ildə Bakı şəhərində anadan olub. Subaydır. Valideynlərindən biri xəstə olduğuna görə onların gündəlik tələbatlarını o qarşılayır. Heç bir yerdən əlavə gəlirləri yoxdur və heç bir zaman qayda pozuntusuna yol verməyib. Nəzərinizə çatdırır ki, xx.xx.2024-cü ildə saat 23:25 də, ** HP *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomobilini idarə edərkən Bakı şəhər DYPİ Polis kapitanı X4 tərəfindən qayda pozuntusu olmadan saxlanıldı, inzibati tənbeh vermə haqqında TP6573759 saylı qərara əsasən TP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Yalnız yazılan qərarla heç bir halda razı olmur. Qeydə alınan uyğunsuzluğun qısa məzmunu: İdarə etdiyi N/V-də uzun işıqları qayda pozuntusu kimi qeydə alaraq Yol Polis əməkdaşı tərəfindən saxlanıldı, lakin heç bir qanunu pozmadan halogen işıqların yerinə led (nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olaraq) işıqların quraşdırıldığını izah etdiyi təqdirdə əsassız protokol tərtib olundu və tərtib olunan protokolu məhkəmə yolu ilə yenidən baxılması üçün müraciət etdi. Məhkəmə tərəfindən verilən qərar ilə tərtib olunan protokola yenidən baxış keçirilməsi üçün DYP-nə məktub ünvanlandı, lakin DYP tərəfindən əsassız və heç bir sübut edən bir sənəd olmadan ona yazılan qərar qüvvədən düşməmişdir. Bakı şəhər DYPİ polis əməkdaşı Kapitanı lldırımzadə Fərid Cəmaləddin tərəfindən xx.xx.2024-cü il tarixinde İXP6737408 nömrəli protokola yenidən baxılıb qərar tətbiq edilmişdir. Ona DYPİ polis əməkdaşı Kapitanı lldırımzadə Fərid Cəmaləddin tərəfindən tətbiq edilmiş TP6737408 inzibati Xəta haqqında qərara va protokola əsasən, qanunsuz va haqsiz yazilmis 150 (yüz alli)AZN manat cərimənin məhkəmə tərəfindən ləgv olunmagi ilə bagli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar 09 sentyabr 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 25 noyabr 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddəti ötürüldüyündən geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109 və 126, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 09 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə yenidən müraciət etmək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar