Məhkəmə qərarları › İş №3(009)-2535/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2535/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2535/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 03 oktyabr 2025-ci il tarixli 13000-01394/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) ünvanına 77FY769/99YC523 nömrəli nəqliyyat vasitəsi ilə gələn yük xx.xx.2025-ci il tarixində “Samur” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixində **********2398 saylı gömrük bəyannaməsi tərtib edilmişdir. Lakin qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi Şəxs MMC-nin tərəfindən təqdim edilmiş **********2398 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. - 03 oktyabr 2025-ci il tarixli 13000-01394/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan ALCO” MMC barəsində Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-32000/012/004473 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə hüquqi şəxs Şəxs MMC-nin ünvanına gələn mallar xx.xx.2025-ci il tarixdə **********2398 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X2 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına gələn mal xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postuna gətirilmiş və mala dair xx.xx.2025-ci il tarixdə gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin **********2398 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasından da görünür ki, sözügedən mala dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Aparılan araşdırma çərçivəsində Şəxs MMC-nin nümayəndəsi X1 şöbəsinə gələrək izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şirkətin ünvanına gələn “boş çəlləklər’’ adlı mal həmin sürtkü yağlarının qablaşdırılması üçün istifadə edilir. Şirkət daşıyıcı şirkət olan "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixdə KHN/AL270825 nömrəli müqavilə bağlayaraq Şəxs MMC-nin ünvanına göndərilən yüklərlə bağlı daşımanı onlara həvalə etmişdir. Sözügedən yükün daşımalığını həyata keçirən zaman müqavilənin 3.1.20-ci bəndində göstərildiyi kimi daşıyıcı mala dair qısa idxal bəyannaməsi olmadan Azərbaycan Respublikasının sərhədini keçməməlidir. Əks halda müvafiq qanunvericiliyə uyğun olaraq 1500 AZN cərimə olunacağı qeyd edilmişdir. Həmin yükə dair göndərən Şirkət olan “Qrayf Perm” xx.xx.2025ci il tarixdə “ALCO" MMC-nin email ünvanına mala dair sənədləri göndərən zaman daşıyıcı şirkət olan “Khan Logistics" MMC-yə bildirilmişdir ki, qısa idxal bəyannaməsini tərtib edib onları xəbər etdikdən sonra malı Azərbaycan Respublikasının sərhədinə gətirsinlər. Lakin, xx.xx.2025-ci il tarixdə S.Əskərovun DGK VAİS-nə qeyd etdiyi mobil nömrəyə sözügedən mala qeydiyyat nömrəsi verilməsi ilə bağlı mesaj gəlmiş, daşıyıcı şirkətə zəng vurub “nə üçün məlumat almadan malı gömrük sərhədindən keçirdiklərini" soruşdugda isə daşıyıcı şirkət bunun sürücü məsuliyyətsizliyi olduğunu bildirmişdir. İş üzrə "xxxx" MMC-nin direktoru X3 izahatı alınmışdır. X4 bildirmişdir ki, Şəxs MMC ilə xx.xx.2025-ci il tarixdə KHN/AL270825 nömrəli müqavilə imzalayaraq onlara məxsus yüklərin daşınmasını həyata keçirməyi öhdələrinə götürmüşdür. xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ünvanına gələn “boş çəlləklər” adlı malı xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətdən götürmüş, mala dair sənədləri isə xx.xx.2025-ci il tarixdə əldə etmişdir. xx.xx.2025-ci il tarixdə O.Hüseynov Şəxs MMC-nin nümayəndəsinə “whatsapp” proqram vasitəsi ilə səs atıb malların artıq Rusiya Federasiyasından çıxdığını bildirmiş, sonuncu şirkətin nümayəndəsi isə öz növbəsində ona mala dair qısa idxal bəyanaməsi tərtib edildikdən sonra məlumat verəcəklərini bildirmişlər. Şəxs MMC-yə sürücünün artıq gömrük orqanına yaxınlaşacığını, mala dair qısa idxal bəyannaməsini tərtib edib sistemə vurmalarını gün ərzirtdə dəfələrlə bildirsələr də, onlar isə ya mesajlara cavab verməmiş, ya da tez olunması üçün çalışacaglarını bildirmişlər. xx.xx.2025-ci il tarixdə mal gömrük sərhədinə gətirilən zaman gömrük organı tərəfindən mala geydiyyat nömrəsi verilmişdir. Belə ki sürücü neytral zonada gala bilməzdi, çünki buna gömrük organı tərəfindən icazə verilmir. Mal gömrük sərhədinə yaxınlaşdıqda ya geri qayıtmalı, ya da sərhədi keçməli idi. "xxxx" MMC isə öz növbəsində dəfələrlə onlara qısa idxal bəyanaməsənin tərtib edilib sistemə vurmalarını xahiş etmişdir. Göründüyü kimi qısa idxal bəyannaməsini təqdim etmək bəyannaməçinin öhdəliyidir. İş üzrə bəyannaməçi isə Şəxs MMC-dir. Şəxs MMC ünvanına malların idxal olunacağını və malların hansı tarixdə ixrac ölkəsindən yola düşdüyünü bilirdi. Bu zaman ərzində Şəxs MMC qanunauyğun qaydada qısa idxal bəyannaməsinin tərtib edilib gömrük orqanına təqdim edilməsini təmin etməli idi. Nəticədə Şəxs MMC tərəfindən törədilmiş əməldə həm gömrük ganunvericiliyində, həm də inzibati ganunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdigini tapmış, bu səbəbdən hügugi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilmiş **********2398 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl MMC tərəfindən həmin mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar