Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-254/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli, 13000-00132/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "Yeni Səngəçal" gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/022/000084 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Şəxs (VÖEN: **********) tərəfindən “Socar Logistics DMCC” şirkətinə xx.xx.2024-cü il tarixli **********0380 saylı natamam bəyannamə ilə "Xam neft" adlı yük göndərilmişdir. Qeyd olunan yüklər barədə **********8059 saylı, **********8042 saylı və **********8035 saylı gömrük bəyannamələri isə xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxsnə və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Yeni Səngəçal” gömrük postunun rəisi İlman Fərəcov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyi (VÖEN: **********) tərəfindən SOCAR LOGİSTİCS DMCC şirkətinə (hüquqi ünvan: X3, Dubay şəhəri, 2104 Uptown Tower): 1) xx.xx.2024 tarixində təqdim edilmiş **********8059 saylı (381774.00 kq xam neft) 2) xx.xx.2024 tarixində təqdim edilmiş **********8042 saylı (63108.00 kq xam neft) 3) xx.xx.2024 tarixində təqdim edilmiş **********8035 saylı (4202147.00 kq xam neft) ixrac gömrük bəyannamələri bəyan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Qərarın 6.5-ci bəndinə əsasən gömrük ərazisindən aparılan mallara dair natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5 bəndinə əsasən müvafiq olaraq, **********0380 sorğu nömrəli natamam gömrük bəyannaməsi təqdim edildikdən sonra yuxarıda sorğu nömrələri qeyd olunmuş gömrük bəyannamələri müvafiq normativ hüquqi aktın müddət tələblərini pozaraq xx.xx.2024-cü ildə təqdim edilmişdir. İş materiallarında olan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı Rövşən Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "Yeni Səngəçal" gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/022/000084 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi (VÖEN: **********) tərəfindən "Socar Logistics DMCC" şirkətinə xx.xx.2024-cü il tarixli **********0380 saylı natamam bəyannamə ilə "Xam neft" adlı yük göndərilmişdir. Qeyd olunan yüklər barədə **********8059 saylı, **********8042 saylı və **********8035 saylı gömrük bəyannamələri isə xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Aparılan araşdırma çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft” İstehsalat Birliyinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, alıcı şirkət tərəfindən ixrac olunan yüklərə dair sənədlər vaxtında göndərilmədiyi üçün, sözügedən bəyannamə 30 (otuz) gündən gec olaraq təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarının 6.5-ci bəndinə əsasən, natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi tərəfindən ixrac olunan "Xam neft" adlı yükə dair gömrük bəyannaməsi gömrük orqanına 30 (otuz) gündən gec olaraq təqdim edilmişdir. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, **********8059 saylı, **********8042 saylı və **********8035 saylı gömrük bəyannamələri xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. İş materiallarında olan natamam bəyannamədən görünür ki, xx.xx.2024-cü il tarixdə **********0380 saylı natamam bəyannamə ilə "Xam neft" adlı yük göndərilmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyinin nümayəndəsi X1 izahatından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft” İstehsalat Birliyi (VÖEN: **********) tərəfindən "Socar Logistics DMCC" şirkətinə xx.xx.2024-cü il tarixli **********0380 natamam bəyannamə ilə "Xam neft” adlı yük göndərilmişdir. Alıcı şirkət tərəfindən ixrac olunan yüklərə dair sənədlər vaxtında göndərilmədiyi üçün, qeyd olunan yüklər barədə **********8059 saylı, **********8042 saylı və **********8035 saylı gömrük bəyannamələri 30 (otuz) gündən gec, yəni xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 №-li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, araşdırma müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi (VÖEN: **********) ünvanına göndərilən mallar faktiki olaraq Azərbaycan Respublikasının gömrük sərhədini xx.xx.2024-cü il tarixdə keçmiş, lakin həmin bəyannamə gömrük orqanına gec, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 №-li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Lakin, hüquqi şəxs tərəfindən müvafiq gömrük rəsmiləşdirilməsinə dair gömrük bəyannaməsi və digər sənədlər qanunvericilikdə müəyyən edilmiş müddətində təqdim edilməmişdir. İxracatçı Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi inzibati məsuliyyəti müəyyən edən xətanın tərkibini yaradır. Bununla da Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azneft" İstehsalat Birliyi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-254/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-254/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver