Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2543/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunın katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Tural Aşurovun, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-103/2023-007 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-103/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 2(105)-103/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-31/2023 nömrəli, 26 aprel 2023- cü il tarixli qətnaməsi qismən- cavabdehlər Şəxs və X2 birgə qaydada əsas borc, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməlidir. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Cavabdehlər “North Agro" Məhdud Məsuliyyətli Cəmiyyətindən, X2, Şəxs 29 iyun 2020-ci il tarixli GL4032 saylı Kredit Limiti Müqaviləsi əsasında 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36151,06(otuz altı min yüz əlli bir manat 06 qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, X2, Şəxs dövlət rüsumunun qalığı kimi 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, X2, Şəxs müştərək qaydada tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2024cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. Borclular barəsində "Elektron-icra" sistemi vasitəsi ilə sorğular edilmiş, borclu X3 iş yeri müəyyən olunmuşdur. Borclunun əmək haqqından tutulmalar aparılması üçün xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə müraciət olunmuşdur. 2024-cü ilin iyul ayından başlayaraq mütəmadi olaraq hər ay 160 manat tutularaq tələbkarın hesabına ödənilməkdədir. Borclu Şəxs mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin onun yaşayış yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə Quba rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2024- cü il tarixdə Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmışdır. İzahatında pandemiya ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar məhsul əldə edə bilmədiklərini bu səbəbdən borcu ödəyə bilmədiklərini, buna baxmayaraq məhkəməyədək 35000 manat ödəniş etdiklərini qeyd etmişdir. Həmçinin ilin sonunadək borcu tam olaraq ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Tural Aşurov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, artıq 2000 manat ödəniş etmişdir, qalıq qalan 8000 manatı isə çox az zamanda ödəyəcəkdir. Bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, onlara Şəxs tərəfindən ödəniş edildiyi üçün iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi, borclu Şəxs tərəfindən onlara 2000 manat ödəniş edildiyini qəbul etmiş, qalıq qalan məbləğlə bağlı isə tərəflər öz aralarında razılıq əldə etmişlər. Eyni zamanda Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Odur ki, inzibati xətanı törətmiş borclu Şəxs, müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyi üçün barəsində olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2543/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2543/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver