Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2544/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Səbail Rayon Dövlət X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Dövlət X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs şikayətində göstərmişdir ki, məlumat üçün bildirir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında idarə etdiyi BMW markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbail rayonu, Səlyan şossesində yerləşən "ARADA BEER" restoranının qarşısındakı dayanacaqda saxlayaraq dostları ilə birlikdə istirahət etmək üçün restoran daxilində olmuşuq. Saat təxminən 23:30 radələrində restoranın qarşısına çıxıb yenidən restorana qayıdarkən restoranın qarşısında bir nəfər piyada vəziyyətdə olan DYP əməkdaşı adını sonradan bildiyim (Səbail RPİ DYPX əməkdaşı Sadiq adlı şəxs) və xidməti 250 nömrəli DYP avtomobili ilə digər əməkdaşlar tərəfindən, sanki cinayətkarı yaxalayırmış kimi saxlanılaraq xidməti avtomobilə mindirilmişdir. Daha sonra spirtli içki qəbul edib-etmədiyini yoxlamaq üçün avtomaşının içərisində hal şahidinin iştirakı olmadan alkotest tətbiq olunmuş, nəticədə spirtli içki qəbul etdiyi iddia edilmişdir. Avtomobili idarə etməmişdir, avtomobili restoranın qarşısında dayanacaqda dayanmış vəziyyətdə olmuşdur. Buna baxmayaraq, DYP əməkdaşları etirazına rəğmən avtomobil açarlarını tələb etmiş, tabeçilik göstərərək açarları təqdim etmişdir. Ardınca həmin əməkdaş - Sadiq adlı şəxs heç bir rəsmi sənədləşmə aparmadan, inzibati protokol tərtib etmədən, özü tək avtomobilini özbaşına idarə edərək cərimə meydançasına aparmışdır. Əslində avtomaşını onun müşayəti ilə aparılmalıdır. Əgər getməkdən imtina etmişdisə, avtomaşın yol kənarında qalmış olsaydı, yol hərəkət iştirakçılarına və avtomaşınların hərəkətinə maneçilik yaratsaydı o halda da rəsmi sənədləşmə əsasında avtomaşın "Evakuator" vasitəsi ilə götürülməli idi. Halbuki, avtomaşın restoranın həyətində parkingdə dayanmışdır. Yəni heç bir hərəkət iştirakçısına maneçilik törətmirdi. Eyni zamanda spirtli içki qəbul etmiş olsada sürücülük hüququ olan kürəkənində onunla birlikdə olmuşdur. İstirahətdən sonra kürəkəni avtomaşınını idarə edib evə gedəcəkdi. İstənilən halda DYPX-ni əməkdaşlarının ona qarşı elədikləri qanusuzdur. Qanunverciliyə görə hərəkətdə olan avtomaşının sürücüsü hər hansı bir yol hərəkət qaydasını pozduğu halda DYPX əməkdaşı tərəfindən dayandırılmış nəqliyyat vasitəsi idarə edən sürücüsünün nəfəsindən spirtli içki iyi gəlirsə və hərəkətlərində alkoqoldan, narkotik vasitələrindən, pisxotrop maddələrdən və ya güclü təsir göstərən diğər maddələrdən istifadə edilməsi şübhəsi varsa, sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən avtomaşın idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, avtomaşın sürücünün iştirakı ilə dayanacağa yerləşdirilməlidir. Yəni insanı küçədə tutub avtomaşında alkotestlə yoxlamaq qanusuzluq və özbaşınalıqdır. Eyni zamanda istirahət hüququmun pozulması kimi qiymətləndirilməlidir. Həmin hadisə yerinin video çəkilişinidə edib disqə köçürmüşdür və məhkəmə prosesində sizə təqdim edəcək.DYPX əmkdaşlarında mənim həmin vaxtlarda atomaşınımı idarə etməm barədə hər hansı bir video görüntülərim varsa məhkəməyə təqdim etmələrini tələb edir. Polisin bu hərəkətləri Azərbaycan Respublikası Konstitusiyası qarşısında bərabərlik), 32-ci maddə (şəxsi toxunulmazlıq), İnzibati Xətalar Məcəlləsinin 96-cı 25-ci maddə (qanun maddəsinin tələblərinə ziddir. Sual yaranır: DYP əməkdaşları xidməti yerdən və xidməti avtomobildən kənarda, restoran qarşısında nə üçün piyada xidməti aparırdılar? Avtomobili idarə etmədiyi halda niyə qanunsuz olaraq alkotest yoxlamasına məruz qalmışdır? Razılığı olmadığı halda avtomobili idarə edərək cərimə meydançasına apardığı halda yolda baş verə biləcək qəza və digər məsuliyyətlərə görə kim cavabdeh olacaqdı? Avtomobildə olan şəxsi əşyaların itməsinə və oğurlanmasına görə kim məsuliyyət daşıyacaqdı? xx.xx.2025-ci il tarixdə atası ilə birlikdə Səbail DYPŞ-yə müraciət etdik, lakin inzibati protokol imzalanmadan avtomobilin buraxılmayacağını bildirdilər. Taksi fəaliyyəti ilə məşğul olduğundan sürücülük vəsiqəsini itirməmək üçün məcburiyyət qarşısında protokolu imzalamağa vadar edilmişdir və bundan sonra avtomobil buraxılmışdır. Lakin buna baxmayaraq, protokol arxa tarixlə xx.xx.2025-ci il tarixli, İXM-in 333.1-ci maddəsi ilə İXP7462913 saylı inzibati protokol tərtib edilərək 400 manat cərimə edilmişdir. Qeyd edir ki, protokolu imzalamağı onun hadisə ilə razılaşmağı və ya inzibati xəta törətməsi mənasına gəlmir, sadəcə avtomobilini geri almaq üçün məcburi addım olmuşdur. Sonradan isə xx-xx- 2025-ci il tarixində mənə təqdim edilən inzibati xətalarla bağlı çıxarılan haqqında xx.xx.2025-ci il taixli saat 00-25 radəli TP ******* saylı QƏRAR-da qeyd edilib ki, guya Səbail rayonu Səlyan Şossesində avtomaşınla hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, Nəqliyyat vasitəsini idarə etmək hüquqi olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə barəsində İXMnin 329.3-cü və 331.1-ci maddələri ilə tərtib edilmiş inzibati protokol əsasında Səbail RPİ-nin DYPŞ-nin məsul şəxsi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il taixli saat 00-25 radəli TP ******* saylı QƏRAR əsasında 400 manat cərimə edilmişdir. Halbuki, yenə təkrar qeyd edir ki, avtomaşınını idarə etməmişdir. İstirahət etdiyi restoranın qarşısında dayandığı halda DYPX Sadiq adlı əməkdaşı piyada və 250 xidməti maşını ilə ona yaxınlaşıb cinayətkar kimi yaxalayıb avtomaşınlarına otuzdurublar. Avtomaşında qanunsuz olaraq alkotesdən istifadə edərək sərxoşluğunu təyin etdirdiklərini bilidirilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli İXM-in 329.3 və 333.1-ci maddəsi ilə qeyri-qanuni tərtib edilmiş İXP7462913 saylı inzibati protokol əsaında Səbail RPİ-nin DYPŞ-nin məsul şəxsi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il taixli saat 00-25 radəli TP ******* saylı qərarın ləğv edilməsini və Səbail RPİ DYPX əməkdaşı Sadiq adlı şəxsin qanunsuz əməllərinə və vəzifə səlahiyyətlərindən sui-istifadə xarakterli hərəkətlərinə hüquqi qiymət verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, restoranın qarşısında polis əməkdaşı saxlamış və maşına əyləşməsini demişdir. Maşına minəndən sonra maşının açarını istəmiş və vermişdir. Daha sonra restorana girib çıxdıqdan sonra maşını apardıqlarını görmüşdür. Hərəkət edən zaman deyil, maşını saxladığı yerdə polis əməkdaşı piyada şəkildə gəlib ona yaxınlaşmışdır. Əlavə olaraq, qərarda 329.3-cü maddənin tələblərini pozduğu da qeyd edilmişdir, lakin heç bir işıqforun tələbini pozma halı yoxdur. Göstərilənlərə əsasən, Səbail Rayon Dövlət X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon Dövlət X10 Yol Patrul Xidməti inspektoru X4 izahatında göstərmişdir ki, xidmətdə olan zaman bir nəqliyyat vasitəsinin qəribə hərəkətlər etdiyini görmüşdür. Şəxs hərəkətdə olan zaman saxlanılmışdır. Əks halda nəqliyyat vasitəsinin hansı olmasını müəyyən etmək mümkün olmazdı. Məhkəmə tərəfin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 00:25-də Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi ərazisində “BMW 530E Plug-in Hibrid minik” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, Azərbaycan Respublikasıanın İnzibati Xətalar Məcəlləsinin 327.4 və 333.1-ci maddələrini pozaraq inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X5 həmin gün sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsindən görünür ki, X2 alkoqol tərkibi 1,008 promil müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 “BMW 530E Plug-in Hibrid minik” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi markalı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 xx.xx.2025-ci il tarixdə saat 00:25-də Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ərazisində “BMW 530E Plug-in Hibrid minik” markalı, **- NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 331.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Səbail Rayon Dövlət X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 avtomobili xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi ərazisində “BMW 530E Plug-in Hibrid minik” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ilə işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də Səbail Rayon Dövlət X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Səbail Rayon Dövlət X8 xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2544/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2544/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver