Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2548/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi müstəntiqi polis mayoru X3, Səbail rayon prokurorunun köməkçisi X2, Müdafiəçi 3 saylı Vəkil Bürosunun vəkili X4 , Təqsirləndirilən şəxs X5 iştirakları ilə, Səbail RPİ-nin istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Zamiq Mustafayevin vəsatətinə və Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun təqdimatına qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail RPİ-nin istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Zamiq Mustafayevin vəsatəti və Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun təqdimatı Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Vəsatət və təqdimatdan görünür ki, X1 məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən və vaxtda, xeyli miqdarda 01 ədəd siqaret qutusunun içərisində olan ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,316 qram olan, tünd qəhvəyi rəngdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərindəsaxlamaqla 02 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 52 saylı ünvanın qarşısına daşımış, Səbail RPİ-nin 8-ci Polis bölməsinin CAnm əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 02 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 52C saylı ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 17:10-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisindən ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,316 qram, tünd qəhvəyi rəngdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. X7 02 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ramil Lətifli tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 04 dekabr 2024-cü il tarixdə X7 müstəntiq Zamiq Mustafayev tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X5 məhkumluğunun ödənilmədiyini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq ehtimallarının olmasını, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməsini, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi zəruridir. Ona görə də, bu barədə Səbail rayon məhkəməsinə təqdimat verilməsindən ötrü Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X11 rayon prokurorluğu qarşısında vəsatət qaldırmışdır. 29 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X7 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi müstəntiqi polis mayoru X8 vəsatəti müdafiə edərək, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X7 özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirərək vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi X9 vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Səbail rayon prokurorunun köməkçisi X6 vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə cinayət işi üzrə toplanmış ilkin sübutları, qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual əsasları, habelə cinayət-prosessual qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, vəsatət təmin olunmalıdır. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, təqsirləndirilən şəxs X7 02 dekabr 2024-cü il tarixdə, saat 16:30da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli “cinayət işi başlanması, icraata qəbul edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5348 №-li ekspertiza rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52” dairəvi möhür əksi olan, “X5 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.316 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, X7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, X7 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Məhkəmə, X5 törətdiyi əməlinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunduğunu, azadlıqda qalarsa ibtidai istintaqın normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətmək və ya saxtalaşdırmaqla, cinayət prosesinin həyata keçirən orqandan gizlənmək ehtimallarının əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməli və həbs etmənin əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157-158, 444.1.2, 446-448 və 452-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. 240020470 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - 29 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X7 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilsin. Həbs etmənin əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduqdan sonra 03(üç) gün müddətində bilavasitə apellyasiya instansiyası məhkəməsinə, yaxud qərarı qəbul etmiş məhkəmənin və ya həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2548/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2548/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver