Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-255/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 yanvar 2021-ci il tarixli, 00100-2532/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 21 yanvar 2021-ci il tarixli, 00100-2532/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34UY4418/34BOT014 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********1389 sorğu nömrəli 11.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 25.11.2020-ci il tarixdə “ipək yolu” terminalında gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs 'MMC tərəfindən təqdim edilən **********1389 sorğu nömrəli 24.11.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan əlavə gömrük orqanına düzgün bəyan edilməyən, mal- sayiət sənədlərində qeyd edilməyən 12 ədəd üzərində “YUASA SWL2500 12V” markalanma göstəricisi olan batareyalar yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 12 ədəd üzərində “YUASA SWL2500 12V” markalanma göstəricisi olan batareyalar yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-22/009197 nömrəli 01.12.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə raciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 18.01.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/5473 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Tayvanda istehsal olunmuş, üzərində ‘‘YUASA SWL2500 12V” markalanma göstəricisi olan qidalandırıcı akumlyatorun (batareyanın) orta bazar qiymətinin 400,00 manat, 12 ədədin ümumilikdə qiymətinin isə 4800,00 (dörd min səkkiz yüz) manat olduğu müəyyən olunmuşdur. Həmçinin həmin protokola əsasən Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanın törədilməsini etiraf etmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli raportdan görünür ki, BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin (VÖEN **********) ünvanına Türkiyə Respublikasından 34UY4418/34BOT014 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə 25.11,2020-ci il tarixdə “İpək yolu” terminalında baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və "Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********1389 sorğu nömrəli, 24.11,2020-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində qeyd olunan “Batareyalar/karton qutularda 2020-ci il Yuasa istehsalı 991690821:10 SWL2500 battery 12V 92AH-Yuasa 520 ədəd qeyd etdiyi halda 12 ədəd artıq, yəni 532 ədəd olduğu aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 14 yanvar 2020-ci il tarixli 9/5473 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Tayvanda istehsal olunmuş, üzərində “YUASA SWL2500 12V” markalanma göstəricisi olan qidalandırıcı akumlyator (batareya) 09.12.2020-ci il tarixə orta bazar qiyməti təxminən 400,00 manat, 12 ədədinin qiyməti isə 4800,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 25.11.2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, "Şəxs" MMCnin (VÖEN **********) ünvanına Türkiyə Respublikasından 34UY4418/34BOT014 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə 25.11,2020-ci il tarixdə “İpək yolu” terminalında baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və "Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********1389 sorğu nömrəli, 24.11,2020-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində qeyd olunan “Batareyalar/karton qutularda 2020-ci il Yuasa istehsalı 991690821:10 SWL2500 battery 12V 92AH-Yuasa 520 ədəd qeyd etdiyi halda 12 ədəd artıq, yəni 532 ədəd olduğu aşkar edilmişdir. İş materiallarında olan 24.11.2020-ci il tarixli **********1389 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 95,00 kq batareya örtüyü (karton qutuda 2020ci il Eaton istehsalı) ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavədən görünür ki, 155,00 kq 520,00 ədəd batareyalar ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (Şəxs MMC) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və qismində ödənilməli olan 4800 (dörd min səkkiz yüz) manat gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğdə, yəni 1440 (bir min dörd yüz qırx ) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-255/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-255/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver