Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-255/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 və Bakı Şəhər Baş Polis İdarəsi X6i İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ ******* saylı, 02.07.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin inzibati xəta haqqında EQ seriyalı ******* nömrəli 02 iyul 2021-ci il tarixli elektron protokol əsasında X3 inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli 02 iyul 2021-ci il tarixli qərarla həmin tarixdə saat 09:28-də Qara Qarayev-Özbəkistan küçəsi kəsişməsində üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək və nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirməklə, yol hərəkət qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərarla razılaşmayan X3 şikayətlə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli 02 iyul 2021-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə X3 tərəfindən verilmiş şikayət təmin edilmiş və onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli 02 iyul 2021-ci il tarixli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə yanaşı, həmin qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya sistemində onun barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarından narazı qalan Baş X6 idarəsinin rəis müavini Elşən Kazımov apellyasiya şikayəti verərək, məhkəmənin həmin qərarının ləğv edilməsini və X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli 02 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin rəis müavini Elşən Kazımov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(009)-1980\2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2021-ci il tarixdə özünə məxsus 10-OX- 557 dövlət qeydiyyat nişanlı avtomobili sığorta etdirmək istəyərkən sığorta şirkəti avtomobilinin üzərində ödənilməmiş cərimənin olduğunu və cərimə ödənildikdən sonra mümkün olacağını bildirdilər. Bununla bağlı BDYPİ-yə müraciət etmiş və orda ona EQ6961233 saylı inzibati protokolun surətləri təqdim olunmuşdur. Protokolla tanış olarkən məlum olmuşdur ki, video və foto görüntülər qeydə alınarkən həmin ərazidəki nişanların tələbləri nəzərə alınmamışdır. 02 iyul 2021-ci ildə tərtib olunmuş elektron protokol tam əsassız və səhvdir. Özbəkistan küçəsinin başlanğıcından Q.Qarayev küçəsinə qədər olan yolda hərəkət istiqamətinin ikitərəfli olması ilə bağlı küçə boyu heç bir qadağanedici, xəbərdaredici və ya əmredici nişan yoxdur. Yol üzərində də üfüqi nişanlama xətti yoxdur. O, hərəkətdə olarkən də qarşıdan heç bir nəqliyyat vasitəsi hərəkətdə olmamışdır. Yuxarıda qeyd etdiyi səbəblərdən hesab edir ki, heç bir inzibati xəta törətmədiyindən və yol hərəkəti qaydalarını pozmadığından əsassız olaraq barəsində qəbul edilmiş EQ6961233 saylı inzibati protokolun qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* saylı 02 iyul 2021-ci il tarixli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X6i İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə həmin yolda yol hərəkətinin təşkilinin düzgün olmadığını, sürücünün yola daxil olarkən yol nişanlarını görmədiyini bildirərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 02.07.2021-ci il tarixli, EQ6961233 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 02 iyul 2021-ci il tarixdə, saat 09:28-də Qara Qarayev- Özbəkistan küçəsinin kəsişməsində üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirmişdir. Bununla da X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələbini pozmuş və nəticədə 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan təqdim olunmuş diskə və fotoşəkillərə baxış keçirilərək müəyyən edilmişdir ki, Qara Qarayev-Özbəkistan küçəsinin kəsişməsində yol hərəkəti düzgün təşkil olunmamış və sürücü yola daxil olarkən yol nişanlarını görə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, videogörüntüyə və fotoşəkillərə məhkəmə iclasında baxış keçirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* saylı 02 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* saylı 02.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-255/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-255/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver