Məhkəmə qərarları › İş №3(009)-2557/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2557/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2557/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 DİN BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24180752 nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 DİN BDYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24180752 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhər, Tərlan Əliyarbəyov 16a ünvanında **-XT-*** nömrə nişanlı avtomobilini park etmiş və bunun müqabilində qanunvericiliyə uyğun olaraq ödəniş etmişdir. Lakin buna baxmayaraq o, 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, DİN BDYPİ-nin elektron sistemində onun adına yazılmış cərimə əsassızdır və ləğv edilməlidir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 15 oktyabr 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 27 noyabr 2024cü il tarixdə daxil olmuşdur. Həmçinin qərar əlavə edilmiş sənədlərdən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətin ötürül-ötürülməməsini müəyyən etmək olmur. O, cümlədən ötürülmüş prosessual müddətin bərpa olunması barədə də, vəsatət də verilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 DİN BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24180752 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 DİN BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24180752 nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar