Məhkəmə qərarları › İş №3(009)-2558/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2558/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2558/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qazaxistan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Təzə Bulvar ərazisi, “Kristal Abşeron” 3 yaşayış kompleksi, blok 1,mənzil 59 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 363.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cüi il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə Sumqayıt şəhəri, Təzə Bulvar ərazisi, “Kristal Abşeron” yaşayış kompleksi blok 1, mənzil 59 və 16da telekomunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynalxalq telekom xidmətlərinin təşkil aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməşdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs törətdiyi əməldən peşman olmasını, bir daha analoji hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə Sumqayıt şəhəri, Təzə Bulvar ərazisi, “Kristal ünvan 1 ünvanlarında "xxxx", "xxxx" və "xxxx" MMC-lərə məxsus GSM telefon nömrələrindən istifadə edilməklə xüsusi təyinatlı avadanlıq (bundan sonra “SİMBOX” avadanlığı) üzərindən telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi barədə məlumat daxil olmuşdur. Müvafiq araşdırma çərçivəsində cari ilin sentyabr ayının 25-də Səbail rayon j Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-5(009)-5406/2024 nömrəli məhkəmə qərarı və DTX-yə daxil olmuş"'*vətəndaş ərizəsi əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mütəxəssislərinin iştirakı ilə qeyd edilən ünvanlara baxış keçirilmiş, məlumat təsdiqini tapmış, işlək vəziyyətdə olan “SİMBOX” avadanlığı və onun üzərində yerləşdirilmiş "xxxx" MMC-yə məxsus 58, "xxxx" MMC-yə məxsus 14, "xxxx" MMC-yə məxsus 8 ədəd simkart aşkarlanmış, DTX-nin 100 №li möhürü ilə möhürlənmiş və götürülmüşdür. Baxış zamanı, qeyd olunan ünvanlarda istismar olunan “SİMBOX” avadanlıqlarının - xx.xx.1987-ci ildə Qazaxıstanda anadan olmuş, RF vətəndaşı Şəxs tərəfindən quraşdırıldığı məlum olmuşdur. Şəxs izahatının (əməliyyat sorğusu keçirilmiş) alınması zamanı o, əməli törətdiyini etiraf etmişdir. Fakt üzrə AR RİNN-dən daxil olmuş məlumata görə, qeyd olunan beynəlxalq giriş mobi telefon trafiki respublikaya “AzİnTelekom” və "xxxx" MMC-lərin beynəlxalq kommutasiya sistemləri üzərindən daxil omadığı üçün həmin trafikə görə respublikanın mobil və beynəlxalq səs trafiki operatorları ümumilikdə 6382.89 manat məbləğində gəlirdən məhrum olmuşdur. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli aktından görünür ki, mənzilə “TP- link“ markalı modemlə internet kanalı verilmişdir.Modemin ilk 3 portuna hər birinə 1 ədəd olmaqla “ GO İP “ markalı “ SİM-BOX“ qorğusu , modemin 4-cü portuna isə TP-link markalı HUB qoşulmuşdur . HUB– ın 1-ci portuna və 2-ci portuna hər birinə 1 ədəd olmaqla “GO İP “ markalı “ SİM-BOX“ qorğusu qoşulmuşdur .Mənzildə ümimilikdə 5 ədəd olmaqla “ SİM-BOX“ qorğusu qoşulmaqla “SƏS“ protokolunun qaydalara uyğun olmayan şəkildə ötürülməsi üçün şəbəkə avadanlığı qurulmuşdur. “SİM-BOX“ avadanlığının üzərinə ümimilikdə 80 (səksən) ədəd olmaqla simkart nömrələri fiziki olaraq qoşulmuşdur .Avadanlıqların hər biri 16 portludur . Avadanlıqlara 58 ədəd NAR , 14 ədəd Bakcell və 8 ədəd Azercell GSM nömrələri fiziki olaraq SİM-BOX avadanlığına qoşulmuşdur . 80 ədəd GSM nömrəlrin siyahısi akta əlavə edilir . Beləliklə, məhkəmə iclasında Şəxs sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsi özünün izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Bununla da müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363.1-ci maddəsinə əsasən sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinin Vİİİ hissəsinə əsasən bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır. Məhkəmə, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməli və gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 114-115, 128-130 və 363.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 363.1-ci maddəsi ilə təqsirli bilinsin və olan “SİMBOX” avadanlığı və onun üzərində yerləşdirilmiş "xxxx" MMCyə məxsus 58, "xxxx" MMC-yə məxsus 14, "xxxx" MMC-yə məxsus 8 ədəd simkart müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Müsadirə edilmiş texniki vasitə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar