Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2559/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi ilə, Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis kapitanı X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun vəkili X9, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci PB tərəfindən tərtib edilmiş 27 noyabr 2024-cü il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 5 ünvanının qarşısında vətəndaş X2 döymüşdür. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru X7 bildirmişdir ki, bölməmizin təhqiqatçısı Seyid Samir tərəfindən verilən qərara əsasən xx.xx.2024-cü il tarixində Şəxs və Məmmədova Rəqsanə arasında baş vermiş davadalaşla bağlı protokol tərtib olunmuşdur. Bu hadisə ilə bağlı bir dəfə prokurorluq tərəfindən də işə baxılıb. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdi ki, iki dəfə təhqiqatda iştirak etmişdir, lakin nəticəsi olmayıb. Belə bir hadisə olub, ancaq hər ikimizin barəsində olmalı idi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun vəkili X11 bildirmişdir ki, işlə tanış deyilik, protokola səbəb olan qərarı mübahisələndirmişik və məhkəmə nəzarəti qaydasında baxılıb. Qərar dünən çıxıb və ondan şikayəti poçta vermişik, lakin hələ gəlib çıxmayıb. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, qərar prokurorluq orqanında qeyri qannuni olaraq ləğv edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə Səbail RPİ-nin 41-ci PB-nə həvalə edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 6(009)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 6(009)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Səbail rayon prokuroru X5 24 sentyabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərarı əssassız olduğundan ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə Səbail RPİ-nin 41-ci PB-nə həvalə edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 6(009)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 oktyabr 2024-cü il tarixli qərar X3 münasibətdə ləğv edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 oktyabr 2024-cü il tarixli qərar Səbail rayon Məhkəməsinin 6(009)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə qismən ləğv edilib Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci PB-nə göndərildiyindən, 06 oktyabr 2024-cü il tarixli qərar Şəxs tərəfindən hal-hazırda mübahisələndirildiyindən təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin digər maddələri ilə yanaşı həmçinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu Fərmanın 6-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Bundan əlavə, yuxarıda qeyd edilən normalardan da göründüyü ki, əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud olsun. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan və həmin protokola əlavə edilmiş iş materiallarından inzibati xətalar haqqında qanunvericiliyin qeyd edilən normalarında göstərilmiş halların mövcudluğu öz əksini tapmamış və əsaslandırılmamışdır. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqana (vəzifəli şəxsə) bununla bağlı diskresion səlahiyyət müəyyən etmir və İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilən mütləq tələblərə riayət edilməsini şərtləndirir. Başqa sözlə, həmin maddədə göstərilən əsasların olmamasına baxmayaraq inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi inzibati xətalar qanunvericiliyinin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci PB tərəfindən tərtib edilmiş 27 noyabr 2024-cü il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail RPİ-nin 41-ci PB-yə geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinin tələblərinə əməl etməyə cəlb edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2559/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2559/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver