Məhkəmə qərarları › İş №3(009)-256/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-256/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-256/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMM-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMM -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMM -nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2020-ci il tarixli 00100-2154/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(009)-256/2021 saylı qərarı ilə Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilmişdir. Sözügedən qərardan narazı qalan Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general mayoru Kənan Məmmədov apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-256/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyanda nəzərdə tutulmuş inzibati cərimə edilməsini xahiş etmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 3(103)-123/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin rəis müavini Vüqar Qurbanov tərəfindən verilmiş şikayət qismən təmin edilərək, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMM-nin ünvanına Hindistandan EE707SS/SS409B nömrə nişanlı yük maşınında EX/129/20-21nömrəli 13 iyun 2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********1033 sorğu nömrəli 22 sentyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMM **********1033 sorğu nömrəli 22 sentyabr 2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 932,68 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMM tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMM-nin səlahiyyətli nümayəndəsi X3 izahatında bildirmişdir ki, 13 iyun 2020-ci il tarixli invoys əsasında Hindistandan müəssisənin adına yük avtomaşınları ilə mallar göndərilmişdir. Mal göndərən tərəfindən sözügedən malların kodu artıq qeyd edildiyindən, həmin sənədlərə uyğun kodları gömrük bəyannaməsində qeyd etmişlər. Lakin aparılan gömrük rəsmiləşdirilməsi zamanı araşdırılma aparılması və bu malların hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Ekspertiza İdarəsinə müraciət edilmişdir. Ekspertiza öz rəyində sinifləşməni müəyyən etmişdir. Bunun əsasında müəyyən edilən kod altında sinifləşdirilməyə uyğun olaraq 09 oktyabr 2020-ci il tarixdə tələb edilən məbləğ ödənilmişdir. Bilərəkdən yayınma olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMM -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan “xxxx” MMM-nın ünvanına EE707SS/SS409B nömrəli nəqliyyat vasitəsi ilə, EX/129/20-21 saylı 13 iyun 2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********033 sorğu nömrəli 22 sentyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mala dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə **********, **********, ********** saylı kod altında bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirildiyini müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/002-25/005284 saylı 07 oktyabr 2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən EX/129/20-21 saylı 13 iyun 2020-ci il tarixli invoys üzrə idxal olunan mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Beləliklə, **********1033 sorğu nömrəli 22.09.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi təqdirdə “xxxx” MMM tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: İdxal rüsumu üzrə 760.41(yeddi yüz altmış manat qırx bir qəpik) AZN, ƏDV üzrə 136.87(bir yüz otuz altı manat səksən yeddi qəpik) AZN, elektron gömrük xidməti haqqı üzrə 30(otuz) AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40(beş manat qırx qəpik) AZN təşkil edir. İş materiallarında olan X4 İdarəsinin 23 sentyabr 2021-ci il tarixli 2200-015/002- 25/005284 saylı Rəyindən görünür ki, Şəxs-nin ünvanına EX/129/20-21 nömrəli 13 iyun 2020 -ci invoysun 1-4, 6-8, 11-40-cı mövqeləri üzrə idxal olunan yük XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirilir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-2670/2019 saylı 28.11.2019-cu il tarixli qərarından görünür ki, Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyindən iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMM -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri, Şəxs MMM -yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 932.68 (doqquz yüz otuz iki manat altmış səkkiz qəpik) manat məbləğində gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 652.88 (altı yüz əlli iki manat səksən səkkiz qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar