Məhkəmə qərarları › İş №3(009)-2560/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2560/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2560/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN0006550 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 01 noyabr 2023-cü il tarixli AYN0006550 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə texniki baxışı keçirtmək istəyən zaman, DİN BDYP İdarənin əməkdaşları tərəfindən ona bildirildi ki, AYNA-nə 294 manat məbləğində cərimə borcu var və bununla əlaqədar texniki baxışdan avtomobili buraxıla bilməz. Araşdırma zamanı məlum olmuşdur ki, həmin protokollar BNA və AYNA tərəfindən 2019-2023-cü illərdə tərtib olunmuşdur. Odur ki, bu protokolların bəzilərindən xəbəri olmayıb, bəzilərinin ləğv edilməsi barədə AYNA əməkdaşlardan məlumat almışdır. BNA və AYNA parklanma üzrə öz fəaliyyətini başladıqda ona dərhal həmin aqentliklərə müraciət etmiş, yaşadığı ünvanda parkinq yeri istəmiş, ancaq naməlum səbəbdən ona parklama yeri ayrılması vaxtı uzadılmış, əvəzinə cərimələri yazmışdılar. Bu imtinanı onunla əsaslandırmışdılar ki, şikayətçinin etibarnaməsi ləğv olunmuşdur. Bununla əlaqədar 44 saylı notariat kontoruna müraciət etmiş, aldığı rəsmi arayış əsasında həmin müddət ərzində arvadı Əbdüləzimova Bənövşə tərəfindən avtomobilə qarşı ona verilmiş etibarnamə qüvvədədir. Bu barədə dəfələrlə AYNA əməkdaşlarına bildirmiş, sənədi onlara təqdim etmişdir. Buna baxmayaraq, AYNA əməkdaşları onu məcbur etmişdilər ki, yeni etibarnamə alsın. Ancaq bundan sonra, ona avtomobil üçün parklama yeri vermişdilər. Bu cərimələrin silinməsi ilə bağlı, şikayətçi dəfələrlə həmin təşkilatlara müraciət etmiş, axrıncılar xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə. Ancaq bu günə kimi ona heç bir rəsmi cavab verilməyib. AYNA əvəzinə parklanma məntəqələrində fəaliyyət göstərən Azparkinq MMC şikayətçinin şəxsi həyatına toxunur, onun şəxsi məlumatlarını yığır. Belə ki, bu protokolları o qeydiyyatda olduğu ünvanda yerləşən saxlama məntəqələrində avtomobilini saxlayanda tərtib olunub. Şikayətçi hesab edir ki, AYNA və BNA əməkdaşlarının günahından (o da fərdi paklanma talonu vaxtında verməmək) qeydiyyat olduğu ünvanda, o da Bakı şəhər Mərdanov Qardaşları küçəsi 6 saylı binanın qabağında tərtib olunmuş xx.xx.2019-cü il tarixli BNA 0524099, xx.xx.2019-cü il tarixli BNA 0454990, xx.xx.2020 il tarixli BNA 1011436, xx.xx.2022 il tarixli BNA2143565, xx.xx.2023 — AYN0001288, 19.10.23- cü il tarixli AYN0002854, 25.10.23-cü il tarixli AYN0004143, 14.11.23-cü il tarixli AYN0013064. 31.10.23-cü il tarixli AYN0006550, 03.11.23-cü il tarixli AYN0008128. 27.12.23-cü il tarixli AYN0049118, 05.01.24-cü il tarixli AYN0060995, 23.10.23-cü il tarixli AYN ******* protokolları ləğv olunmalıdırlar. Portalda xx.xx.2024-cü il tarixli kimi göstərilmiş AYN0006550 protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. İXM-nin dəyişiklik edilməsi haqqında qanuna əsasən Cərimələrin artırılması xx.xx.2024-cü il tarixdən nəzərdə tutulub. Belə halda, xx.xx.2024cü il tarixli (faktiki xx.xx.2024-cü il tarixli) AYN0006550 protokol üzrə 10 manat məbləğində cərimə düşür, ancaq ondan 20 manat cərimə tələb olunur. Cərimələri ödəməmiş texniki baxışdan keçməyə icazə verilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələri DİN BDYPİ-nin rəhbərliyinə müraciət etmiş, bu günə kimi rəsmi cavab ala bilmir. Ancaq hər 20 gündən sonra texniki baxışdan keçməməyinə görə yeni cərimə gəlir. Nəticə etibarı ilə yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 31 oktyabr 2023-cü il tarixli AYN0006550 saylı protokolu və onlara hesablanmış cərimə faizlərinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətdə qeyd etdiklərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X4 İXM-nin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanması qaydalarının pozulması əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 01 noyabr 2023-cü il tarixli AYN0006550 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 (on) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2018-ci il tarixli, ƏN-Vİ № 581304 saylı və xx.xx.2023-cü il tarixli, ƏN-Vİ № 812214 saylı etibarnamədən görünür ki, X2 məxsus dövlət qeydiyyat nişanı 99FB425 nömrəli “Chevrolet Epica” markalı nəqliyyat vasitəsi idarə edilməsi üçün xx.xx.2026-ci il tarixədək X3 etibar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 2 ünvanında qeydiyyatdadır. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Vİİ.bəndinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X4 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 01 noyabr 2023-cü il tarixli AYN0006550 saylı (xx.xx.2023-cü il tarixli protokol) qərar əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X4 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 01 noyabr 2023cü il tarixli AYN0006550 (xx.xx.2023-cü il tarixli protokol) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar