Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2561/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə, Şikayətçi X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o avtomobilini xx.xx.2024-cü il tarixdə texniki baxışı keçirtmək istəyən zaman, DİN BDYP İdarənin əməkdaşları tərəfindən ona bildirildi ki, AYNA-nə 294 manat məbləğində cərimə borcu var və bununla əlaqədər texniki baxışdan avtomobil buraxıla bilməz. Araşdırma zamanı məlum olmuşdur ki, həmin protokollar BNA və AYNA tərəfindən 2019-2023-cü illlərdə tərtib olunmuşdur. Odur ki, bu protokolların bəzilərindən xəbəri olmayıb, bəzilərinin ləğv edilməsi barədə AYNA əməkdaşlardan məlumat alıb. BNA və AYNA parklanma üzrə öz fəaliyyətini başladıqda o dərhal həmin aqentliklərə müraciət etmiş, yaşadığı ünvanda parkinq yeri istəməyib, ancaq naməlum səbəbdən ona parklama yeri ayrılması vaxtı uzadılmış, əvəzinə cərimələri yazmışdılar. Bu imtinanı onunla əsaslandırmışdılar ki, onun etibarnaməsi ləğv olunmuşdur. Bununla əlaqədar 44 saylı notariat kontoruna müraciət etmiş, rəsmi arayış alıb ki, həmin müddət ərzində arvadı Əbdüləzimova Bənovşa tərəfindən avtəmobilə qarşı ona verilmiş etibarnamə qüvvədədir. Bu barədə dəfələrlə AYNA əməkdaşlarına bildirmiş, sənədi onlara təqdim etmişdir. Buna baxmayaraq, AYNA əməkdaşları onu məcbur etmişdir ki, o yeni etibarnamə alsın. Ancaq bundan sonra, ona avtomobili üçün parklama yeri vermişdilər. Bu cərimələrin silinməsi ilə bağlı, o dəfələrlə həmin təşkilatlara müraciət etmiş, axrıncılar xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə. Ancaq bu günə kimi mənə heç bir rəsmi cavab verilməyib. Maraqlıdır ki, AYNA əvəzinə parklanma məntəqələrində fəaliyyət göstərən Azparkinq MMC mənim şəxsi həyatıma toxunur, mənim şəxsi məlumatlarımı yığır. Belə ki, bu protokolları mən qeydiyyat olduğu ünvanda yerləşən saxlama məntəqələrində avtomobilimi saxlayanda tərtib olunub. Azərbaycan vətəndaşına münasibətdə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydasında əksini tapıb,o da həmin qərarın 2.1-ci bəndinə uayğun olaraq “Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir”. Hesab edir ki, AYNA və BNA əməkdaşlarının günahından (o da, fərdi parklanma talonu vaxtında verməmək) qeydiyyat olduğu ünvanda, o da Bakı şəhəri Mərdanov Qardaşları küçəsi 6 saylı binanın qabağında tərtib olunmuş xx.xx.2019-cü il tarixli BNA 0524099, xx.xx.2019cü il tarixli BNA 0454990, xx.xx.2020 il tarixli BNA1011436, xx.xx.2022 il tarixli BNA2143565, xx.xx.2023 — AYN0001288, 19.10.23- cü il tarixli AYN0002854, 25.10.23cü il tarixli AYN0004143, 14.11.23-cü il tarixli AYN0013064, 31.10.23-cü il tarixli AYN0006550, 03.11.23-cü il tarixli AYN0008128, 27.12.23-cü il tarixli AYN0049118, 05.01.24-cü il tarixli AYN0060995, 23.10.23-cü il tarixli AYN0003415 protokolları ləğv olunmalıdırlar. Ondan da artıq, portalda xx.xx.2024-cü il tarixli kimi göstərilmiş AYN0542588 protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. AR İXM-nin dəyişilik edilməsi haqqında qanuna əsasən Cərimələrin artırılması xx.xx.2024-cü il tarixdən nəzərdə tutulub. Belə halda, xx.xx.2024-cü il tarixli (faktiki xx.xx.2024-cü il tarixli) AYN0542588 protokol üzrə 10 manat məbləğində cərimə düşür, ancaq məndən 20 manat cərimə tələb olunur. İXM-nin 8.2-ci və 8.3-cü maddələrinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan artıq, cərimələri ödəməmiş texniki baxışdan keçməyə icazə verilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələri AR DİN BDYPİ-nin rəhbərliyinə müraciət etmiş, bu günə kimi rəsmi cavab ala bilmirəm. Ancaq hər 20 gündən sonra texniki baxışdan keçməməyimə görə yeni cərimə gəlir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinə uyğun izahat verərərk, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X4 İXM-nin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanması qaydalarının pozulması əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2018-ci il tarixli, ƏN-Vİ № 581304 saylı və xx.xx.2023-cü il tarixli, ƏN-Vİ № 812214 saylı etibarnamədən görünür ki, X2 məxsus dövlət qeydiyyat nişanı 99FB425 nömrəli “Chevrolet Epica” markalı nəqliyyat vasitəsi idarə edilməsi üçün xx.xx.2026-ci il tarixədək X3 etibar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 2 ünvanında qeydiyyatdadır. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Vİİ.bəndinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X4 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar X1 inzibati xəta törədilməsi sübuta yetirilmədiyindən X1 verdiyi şikayət təmin edilməli və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,112,114,126,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2023-cü il tarixli AYN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2561/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2561/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver