Məhkəmə qərarları › İş №3(009)-2567/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2567/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2567/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “X6” MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X6” MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4377/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, 07 avqust 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1008 manat əsas, 151,2 manat cərimə olmaqla, cəmi 1159,2 manat borc və iddianın verilməsi üçün ödənilmiş 31,60 manat dövlət rüsumunun əvəzi X1 Zərərçəkmiş şəxs MMCnin xeyrinə tutulması qərara alınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasında iştirak etməmiş və həmçinin ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, dəfələrlə borclu ilə danışıqlar aparsaq da ödənişlər olunmamış, icra məmuru da bir neçə dəfə əlaqə saxlayıb borcunu ödəməyini bildirsə də yenə də ödəməkdən yayınmışdır. Tutulmanı əmək haqqına yönəlməsi ilə bağlı iş yerinə də məktublar göndərsək də heç bir nəticə olmamışdır. Odur ki, “X6” MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsini və barəsində cərimə növündə tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4377/2021 nömrəli qətnaməsinə əsasən 07 avqust 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1008 manat əsas, 151,2 manat cərimə olmaqla, cəmi 1159,2 manat borc və iddianın verilməsi üçün ödənilmiş 31,60 manat dövlət rüsumunun əvəzi X1 Zərərçəkmiş şəxs MMCnin xeyrinə tutulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 10 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-4377/2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından əlavə olunmuş, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 10 yanvar 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından əlavə olunmuş, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən “X6” MMC-yə ünvanlanmış 03 mart 2022-ci il tarixli məktubda borclunun əmək haqqından 50 faiz məbləğində borc pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsi, məbləğin 7 faizi həcmində icra ödənişinin, yəni 83 manat Nizami rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi və icra barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarından əlavə olunmuş, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən “X6” MMC-yə 04 iyul 2025-ci il tarixdə xəbərdarlıqla bağlı məktub göndərilmişdir. İş materiallarından əlavə olunmuş, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən “X6” MMC-yə 31 iyul 2025-ci il tarixdə təkrar xəbərdarlıqla bağlı məktub göndərilmişdir. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ““X6” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. “X6” MMC-nin əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “X6” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla ilə tam sübuta yetirildiyindən, o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X3 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halın olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ““X6” MMC inzibati qaydada cərimə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, “X6” MMC-yə təyin edilən cərimənin məbləği 3000 (üç min) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: “X6” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar