Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-257/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar 2020-ci ilin iyul ayında qəbul edilsə də, şikayət məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin 2020-ci ilin iyul tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının xx xxxxxx 2021-ci il tarixdə almasını göstərsə də, şikayətçiyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Ona görə də həmin qərardan şiakyət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin 2020-ci ilin iyul tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-257/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-257/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver