Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2583/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, məlumat üçün bildirir ki, AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli İXP7438317 protokol nömrəli, TP ******* saylı Qərar qəbul edilmişdir. Belə ki, həmin Qərara əsasən 100 manat məbləğində cərimə +2 balla barəsində inzibati tənbehvermə haqqında Qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlar müvafiq Qərarın qanunsuz və əsassız şəraitdə yazıldığını, buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsinin zəruri olduğunu göstərir. Belə ki, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025 tarixinə aid guya ona məxsus olan **-RG-*** dövlət qeydiyyat nişanlı LEXUS ES300H minik markalı nəqliyyat vasitəsi ilə Səbail Rayonu Üzeyir Hacıbəyli Puşkin küçəsində avtobus zolağına girməyi ilə bağlı qərarsız protokol tərtib edilib, heç bir görüntü olmadan sistemə yüklənib və xx.xx.2025 tarixində protokolla bağlı qərar qüvvəyə minib. O tarixdə o küçədən keçdiyini belə xatırlamır. Bundan əlavə xx.xx.2025 tarixində özünü polis əməkdaşı olaraq təqdim edən bir şəxs ona telefon etmiş, qayda pozuntuları etdiyini, 200 manat 4 ballıq cərimələr etdiyini bildirərək onu 105-ci otağa çağırmış, o isə gəlməyəcəyini bildirib, hansı qayda pozuntusu varsa qanunla müəyyən edilmiş qaydada sistemə yükləməsini bildirmişdir. Bundan sonra yalnız bir qərarsız protokol sistemə yüklənmişdir. (İXP7438317). Bunlardan əlavə olararaq, barəsində tərtib edilmiş protokol, 15 gün sonra qərarsız olaraq və 26 gün sonra qərarlı olaraq sistemə yüklənmişdir. bu da ayrıca olaraq İnzibati Xətalar Məcəlləsinin 38.6 maddəsinə zidddir və kobud şəkildə vətəndaşın haqqının pozulmasıdır. 38.6. İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Hesab edir ki, barəsində yol polisi əməkdaşı tərəfindən qanunsuz şəraitdə, qanunsuz şəkildə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa inzibati cərimə ilə bağlı ona hadisə baş verən vaxtda heç bir foto və video göstərilməmiş, burada da qanunvericiliyin tələbinə məhəl qoyulmamış və kobud pozuntuya yol verilmişdir. Bu kimi kobud pozuntulara yol verilərək tərtib olunmuş inzibati tənbehvermə haqqında Qərar da qanunsuzdur və ləğv edilməlidir. AR Konstitusiyasının 68-ci maddəsinə əsasən hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Ümid edirəm ki, şikayətimə qanun çərçivəsində baxılar və ədalətli qərar çıxarılar. Bununla da vətəndaşlara münasibətdə yazılan qanunsuz şəraitdə, qanunsuz şəkildə qanunsuz inzibati cərimələrin qarşısı alınmaqla yol polisi əməkdaşlarının özbaşınalıqlara son qoyular. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir, qərar tamamilə qanunsuz şəraitdə tərtib edilmişdir, ləğv edilməlidir, iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qeydə alınmış qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək göstərmişdir ki, qayda pozuntuus etdiyi ilə bağlı zəng gəlmiş və elektron qərar istəmişdir. Daha sonra qərarsız göndərmişlər. 18 sentyabrda qərarsız, polisə şikayət verdikdən sonra isə 29 sentyabrda qərarlı şəkildə göndərmişlər. Avtobus zolağına girmişdir, lakin həmin küçədə deyil, başqa yerdə olmuşdur. Qərarı götürəndən sonra görüntülərə baxmışdır və ordan da aydın olur ki, küçə fərqlidir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, raport əsasında qərardad tərtib edilib və videogörüntülərə baxılmışdır. Videogörüntülərdən hər şey aydın olur. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov və Puşkin küçələrinin kəsişməsi ərazisində “Lexus Es300 H Hibrid minik” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkil və videogörüntülərdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində “Lexus Es300 H Hibrid minik” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir, lakin hadisənin baş verdiyi küçə fərqli olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Lexus Es300 H Hibrid minik” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda idarə etmişdir və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X3 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X3 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2583/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2583/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver