Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2584/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmdəova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Kürdəmir rayonu, Murtulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Kürdəmir rayonu, Yenikənd Ə/D, Murtulu kəndində ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X15 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, Şəxs alimenti ödəmədiyi üçün ailəsi və özü əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hal-hazırda işsiz olduğu və müalicə aldığı üçün aliment borcunu ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 05/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 05/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini nəzərdən keçirərək icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X11, xx.xx.2014-cü il tarixdə anadan olmuş X12 və xx.xx.2015-ci il tarixdə X10 anaları X3 yanında saxlanılmalıdır. xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarxdən başlayaraq cavabdeh Şəxs Xaliq oğlundan hər ay sabit pul məbləği ilə hər uşağa görə 90 manat miqdarında aliment tutularaq X4 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. Borclu şöbəyə dəvət olunsada gəlməkdən boyun qaçırmış bu səbəbdən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək polis idarəsinə göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu şöbədə olarkən ondan izahatı alınmışdır. İzahatında işsiz olduğunu, işləyərkən yıxıldığını bu səbəbdən işləyə bilmədiyini qeyd etdi. Tələbkar isə öz növbəsində borcun birdəfəlik ödənilməsini tələb edir. Məlumat üçün bildirir ki, borclunun bugünə olan borcu 7650 manat təşkil edir və son ödənişini xx.xx.2024-cü il tarixdə etmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-05/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X13, xx.xx.2014-cü il tarixdə anadan olmuş X12 və xx.xx.2015-ci il tarixdə X10 anaları X3 yanında saxlanılsınlar. xx.xx.2010-cu il tarixdə anadan olmuş X13, xx.xx.2014-cü il tarixdə anadan olmuş X12 və xx.xx.2015-ci il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay sabit pul məbləği ilə hər uşağa görə 90 (doxsan) manat miqdarında aliment tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, işsiz olduğu üçün aliment borcunu ödəmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-05/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini nəzərdən keçirərək icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X11, xx.xx.2014-cü il tarixdə anadan olmuş X12 və xx.xx.2015-ci il tarixdə X10 anaları X3 yanında saxlanılmalıdır. xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarxdən başlayaraq cavabdeh Şəxs Xaliq oğlundan hər ay sabit pul məbləği ilə hər uşağa görə 90 manat miqdarında aliment tutularaq X4 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. Borclu şöbəyə dəvət olunsada gəlməkdən boyun qaçırmış bu səbəbdən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək polis idarəsinə göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu şöbədə olarkən ondan izahatı alınmışdır. İzahatında işsiz olduğunu, işləyərkən yıxıldığını bu səbəbdən işləyə bilmədiyini qeyd etdi. Tələbkar isə öz növbəsində borcun birdəfəlik ödənilməsini tələb edir. Borclunun bugünə olan borcu 7650 manat təşkil edir və son ödənişini xx.xx.2024-cü il tarixdə etmişdir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olması, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2584/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2584/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver