Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-259/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 56, mənzil 45 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2021-ci il tarixli, 3(009)-259/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 3750 (üç min yeddi yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Şəxs tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 3(103)-383/2021 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun barəsində 3750 (üç min yeddi yüz əlli) manat məbləğində tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2021ci il tarixli, 3(009)-260/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, “Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin qaydalarına uyğun olaraq ünvan 2 ünvanında yerləşən «Coffiesta» restoranının Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 01 fevral 2021-ci il üçün müştərilərin üzünə açılması üçün hazırlıqlar gördüyü vaxtında, yəni, həmin restoranın dizinfeksiya edilib yekunlaşdırılması, işçilər və müştərilər üçün baxil, maskaların alınması, iş zamanı ağ xalat geyimlərinin paylanması, sosial məsafənin işçilər və stollar, müştərilər arasında gözlənilməsini, yemək menyularının nədən ibarət olması və yeni götürəcəyim işçilərin portala işlənməsi kimi işləri gördüyü vaxtda, həmin restoranın bütün işıqları sönlü olduğu halda, restoranda heç bir qida məhsullarının verilmədiyi və kənar şəxslərin, müştərilərin olmadığı, qulluq edilmədiyi halda Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşı Şükür adlı şəxs mülki geyimdə özünü təqdim etmədən bayırda dayanan şəxsləri də içəri salmaqla, guya obyektdə çəkiliş aparılması və obyektin karantin qaydalarını pozması ilə bağlı qışqır-bağır salaraq obyekt qarşısına yığışan işçiləri bölməyə aparacağı ilə hədə-qorxular gəlmişdir. O, telefonunda mahnıya qulaq asaraq, gələcək olacaq işçilərini portala saldığından əvvəlcə qışqır-bağırı eşitməmiş, sonradan eşidib həmin şəxsə yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Polis işçisi ona karantin qaydalarının pozulduğunu bildirəndə, o, əvvəlcə həmin şəxsin kim olduğunu soruşmuş, lakin bu şəxs yenidən özünü təqdim etməyərək, karantin qaydalarının onun tərəfindən pozulduğunu dedikdə, o, restoranın 01.02.2021-ci il tarixdə birinci dəfə olaraq açılışına hazırlanmasını, restoranın dezinfeksiya edilməsi işlərinin görülməsi, maskaların alınması, işçilərə geyim və menyuların paylanması, həmin işçilərin 01.02.2021-ci il üçün işçi kimi portala salınması üçün hərəkətləri etdiyini bildirmişdir. Həmin zaman portala salacağı işçilərdən birinin əlində bayırdan özü ilə aparatdan kofe alıb, içəri girdiyindən həmin polis əməkdaşı bu işçiyə kofe süzmüsüz əlində içməkdədir deyəndə o, bildirmişdir ki, həmin kofe bu restoranda verilmir, onu aparat vasitəsi bayırdan alıb içəri girib, obyekt qap-qaranlıqdır, burada heç kimə xidmət göstərilmir və 01.02.2021-ci il tarixdə ilk açılış olacağı barədə məlumat vermişdir. Lakin həmin şəxs və digər polis əməkdaşları onu və digər portala daxil etmək istədiyi dörd şəxsi Bakı şəhəri Səbail Rayon 9-cu PB-nə getməli olduqlarını bildirdilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə kafedə olan digər dörd nəfər barəsində icraata xitam verilmiş, lakin onun barəsində 3750 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Yuxarıda göstərilən halların nəzərə alaraq barəsində olan inzibati işin icraatında xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4 inzibati xəta haqqında protokola etiraz edərək Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatında xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib Səbail RPİ-nin 9-cu PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail RPİ-nin 9-cu PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Səbail RPİ-nin 9cu PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 30.01.2021-ci il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 12-də yerləşən Şəxs məxsus “Coffiesta” restoranında 4 nəfər şəxs aşkar edilmişdir. Beləliklə Şəxs karantin qaydalarının tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, “xxxx” MMC-nin direktoru Şəxs ilə X8 (menecer), X2 (ofisiant), X3 (ofisiant) və X9 (barmen) kimi işə qəbul edilmələri ilə bağlı əmək müqavilələri bağlanmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, 30.01.2021-ci il tarixdə öz işçiləri ilə birlikdə 01.02.2021-ci il tarixə hazırlıq görmək üçün restoranda olduqlarını və pandemiya dövrünün bütün tələblərinə əməl etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 30 yanvar 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda subyektin hərəkətlərinin nədən ibarət olması və ya nədə ifadə olunmasının əlamətləri göstərilməmişdir. Bundan başqa, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis Bölməsinin rəisinə ünvanlanmış 30.01.2021-ci il tarixli Raportdan görünür ki, 30.01.2021-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 12-də yerləşən “Coffiesta” restoranında karatin rejimi qaydalarının pozulduğuna görə Şəxs ilə birgə 4 nəfər şəxsin də saxlanıldığı və onların barələrində qanuni tədbirlərin görülməsi xahiş edilmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, Şəxs ilə adı keçən həmin 4 şəxs onlar həmin kafenin işçiləri olmuşlar. Bu hal Şəxs ilkin izahatında və əvvəlki məhkəmə baxışında Səbail RPİ-nin 9-cu polis Bölməsinin əməkdaşları tərəfindən “Coffiesta” restoranında “müştəri” qismində saxlanılmış şəxslərin əslində restoranın fəaliyyəti ilə əlaqədar işə götürülən şəxslər olduğunu qeyd etsə də, bu faktın araşdırılması diqqətdən kənarda qalmış və əhəmiyyət verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, adı çəkilən həmin şəxslərdən 4 nəfər barəsində məhkəmənin 30.01.2021-ci il tarixdə Şəxs məxsus “Coffiesta” restoranında “müştəri” qismində saxlanılmış həmin şəxslər işə başlamaq üçün restorana əmək müqaviləsi bağlamağa gəldiklərini bildirdikləri üçün onların əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barələrində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hansı hərəkətlərinə görə inzibati məsuliyyətə cəlb edilməsini və barəsində tənbeh tədbirinin tətbiq edilməsini şərtləndirən əsasların mövcud olduğu müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, həm onun təqdim etdiyi əmək müqaviləsi bildirişləri ilə müəyyən edilmişdir ki, Şəxs məxsus “Coffiesta” restoranında “müştəri” qismində saxlanılmış həmin şəxslər restorana müştəri kimi yox, işə başlamaq üçün restorana əmək müqaviləsi bağlamağa gəlmişlər. Belə olan halda isə Şəxs inzibati xətasının nədən ibarət olması və ya nə də ifadə olunması əlamətləri aydın deyil. Bu hal isə özü-özlüyündə inzibati xətanın törədilməsini şübhə altına alır. Halbuki, qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş 30 yanvar 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda Şəxs məxsus restoranda karantin qaydalarının pozulması müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-259/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-259/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver