Məhkəmə qərarları › İş №3(009)-259/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-259/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-259/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX əməkdaşı polis leytenantı X7 tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 18 yanvar 2022-ci il tarixdə saat 00:45-də Səbail rayonu, Salyan şossesi, Bayraq meydanı ünvanında Renault Tondar minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Belə ki, sürücü Şəxs tibbi müayinədə nəfəs verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, bildirmişdir ki, YPX əməkdaşı birbaşa üzərinə düşən vəzifəni icra edərək yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən zaman 18 yanvar 2022-ci il tarixdə saat 00:45 radələrində sürücü Şəxs Renault Tondar minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlamış və tibbi müayinəyə aparmasına baxmayaraq tibbi müayinədə nəfəs verməkdən imtina etmişdir. Belə ki, Bakı şəhər BPİ DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis kapitanı X3 tərəfindən araşdırılma aparılan zaman AR DİN BDYPİ-nin X1 məlumata əsasən sürücü Şəxs verilmiş xüsusi hüquqdan (sürücülük hüququ) istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduğuna görə barəsində 17 cərimə balı toplanmışdır. Eyni zamanda Şəxs 23 iyun 2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə saxlanılmış barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş səlahiyyətli vəzifəli şəxsinin 30.10.2021 -ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən 400(dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmiş 416 (dörd yüz on altı manat) cərimə ödənilmiş qərar icra edilmişdir. Bundan əlavə videogürüntü ilə qeydə alınmış YPX əməkdaşı ilə dialoq zamanı Şahid bildirmişdir ki, Şəxs Renault Tondar minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özü idarə etmiş həmin vaxt o idarə etməmişdir. İnzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Şərh olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX əməkdaşı polis leytenantı X7 izahatında bildirmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat 00:45 radələrində sürücü Şəxs Renault Tondar minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlamış və tibbi müayinəyə aparmasına baxmayaraq tibbi müayinədə nəfəs verməkdən imtina etmişdir. Onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X4 izahatında bildirmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat 00:45 radələrində sürücü Şəxs Renault Tondar minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanmış və tibbi müayinəyə aparmasına baxmayaraq tibbi müayinədə nəfəs verməkdən imtina etmişdir. Onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, müayinə zamanıŞəxs tibbi müayinədən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYP portalından çıxarışdan görünür ki, Şəxs 17 cərimə balı vardır. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videogürüntü ilə qeydə alınmış YPX əməkdaşı ilə dialoq zamanı Şahid bildirmişdir ki. Şəxs Renault Tondar minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özü idarə etmiş həmin vaxt o idarə etməmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs oğlunun törətdiyi inzibati xəta əməli toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə, tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-in 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alınaraq ona İXM-in 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs Azərbaycan Respublikasının İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 343.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar