Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2597/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X1 Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zaman baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı şikayət ərizəsinin geri qaytarılması üçün əsaslar müəyyən etmişdir. Belə ki, X3 şikayət ərizəsinə barəsində şikayət verilən qərarı əlavə etməmişdir. Belə olan halda isə işə mahiyyəti üzrə baxılması məhkəmə tərəfindən mümkün deyildir. Buna baxmayaraq, X2 izah edilir ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra (yəni inzibati tənbeh vermə haqqında qərar təqdim edildikdən sonra) yenidən şikayətlə məhkəməyə müraciət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmamasını və inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun İXM-də nəzərdə tutulmamasını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. X2 həmçinin izah edilir ki, rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şikayətçi tərəfindən inzibati tənbeh vermə haqqında qərar təqdim edilmədiyi təqdirdə həmin qərarı aidiyyəti orqandan əldə edib işə baxmaq səlahiyyəti yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə baxılması üçün 10 gün müddət müəyyən edilmişdir. Şikayətçi müvafiq qərarın surətini əldə edə bilmədiyi təqdirdə isə müvafiq inzibati orqanın üzərinə həmin qərarın əldə edilməsi öhdəliyinin qoyulması üçün aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilən şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2597/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2597/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver