Məhkəmə qərarları › İş №3(009)-26/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-26/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-26/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs QTSC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs QTSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QTSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 Şəxs QTSC tərəfindən qanunla müəyyən edilmiş vaxtda məlumat Səbail RPİ-nin DYPŞ-nə daxil olmuşdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan barəsində inzibati iş üzrə icraat aparılan Şəxs QTSC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Səbail RPİ-nin DYPŞ-dən QTSC-yə məxsus “Mercedes Benz S500 Long minik” markalı, **- AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat xx xxxxxx 2020-ci il tarixdə verilmiş və sözü gedən məktubda polis idarəsinin əməkdaşı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmin sorğuya cavab məktubunu məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QTSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QTSC-nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Şəxs QTSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin Şəxs QTSC-nə ünvanladığı sorğudan görünür ki, həmin idarə mülkiyyətində olan “Mercedes Benz S500 Long minik” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 08:19-da idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin sorğusu xx xxxxxxx 2020-ci il tarixdə Şəxs QTSC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallanda olan Şəxs QTSC tərəfindən Səbail RPİ-yə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarilxi məlumatın verilməsi haqqında məktubdan görünür ki, xx xxxxxxx 2020-ci il tarixində “Mercedes Benz S500 Long minik” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 (sürücülük vəsiqəsi AF 027608) tərəfindən idarə edilmişdir. Həmçinin həmin məktubun üzərində Səbail RPİ-nin əməkdaşı xx.xx.2020-ci il tarixdə qəbuıl etdim qeydi yazılmışdır. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin “Mercedes Benz S500 Long minik” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 08:19-da idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün Şəxs QTSC-yə sorğu göndərilmiş, qeyd edilən sorğu isə xx xxxxxxx 2020-ci il tarixdə Şəxs QTSCnin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Şəxs QTSC tərəfindən Səbail RPİ-yə xx xxxxxx 2020-ci il tarixdə məlumatın verilməsi haqqında məktub göndərilərək, xx.xx.2020-ci il tarixində “Mercedes Benz S500 Long minik” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 (sürücülük vəsiqəsi AF 027608) tərəfindən idarə edildiyi göstərilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi tərəfindən bu hal etiraf edildiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Qarajın əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs QTSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QTSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (xx xxxxxx 2020-ci il tarixli, İXP 3631256) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar