Məhkəmə qərarları › İş №3(009)-26/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-26/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-26/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X13 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X13 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, Bakı şəhər X12 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 20 avqust 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1- ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər X12 İdarəsi tərəfindən müvafiq olaraq həmin qərarın qəbul edilməsinə əsaslar ondan ibarət olmuşdur ki, guya mən, xx.xx.2024-cü il saat 11:41-də YPX əməkdaşları tərəfindən saxlanılarkən sərxoş olmağım müəyyən edilmiş və protokol tərtib edilmişdir. Bakı şəhər X12 İdarəsinin inzibati tənbeh vermə haqqında sözügedən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. xx.xx.2024-cü il tarixdə saat 13:35 radələrində Azərbaycan Dövlət Din Tarix Muzeyinin inzibati binasının yaxınlığında, Rəsul Rza küçəsindən Neftçfilər prospektinə doğru 77PK933 nömrəli avtomibili ilə hərəkət edərkən YPX əməkdaşları tərəfindən saxlanıldı. Saxlanılmanın səbəbini digər avtomobili sağa sıxmağı ilə əlaqələndirməni bildirərkən həmin anda içkili olduğunu soruşdu. İçkili olduğunun yoxlanmasını YPX əməkdaşları tərəfindən deyil, həkim tərəfindən müayinə edilməsini tələb etdi. YPX əməkdaşları müayinə üçün həkimə aparmaq əvəzinə qanunsuz olaraq avtomobilini əlindən alıb duracağa yerləşdirdilər. İXM-nin 43.1 bəndinə əsasən Bakı DYPİ-nin İPX ******* nömrəli protokoluna baxılması üçün Səbail rayon Məhkəməsinə müraciət olunmuşdur. Qeyd edilən protokollarda mövcud olan imzalar ona məxsus deyil. Məhkməyə təqdim etdiyi etirazda "Yol-patrul xidməti haqqında Təlimatın 4.7 və 6.9 bəndlərinə əsasən video çəkiliş və səs yazılarının məhkəməyə təqdim edilməsini tələb etdi. Ona görə tələb etdi ki, sənədlərin yazıldığı vaxtdan 2 saat sonra DYP əməkdaşları tərəfindən saxlanmışdır. Məhkəmə baxışı zamanı DYPİ tərəfindən inzibati xətaya dair materiallar natamam təqdim edildiyindən Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(009)-1617/2024 nömrəli Qərardadı ilə geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsinin 43.1 bəndinə əsasən 333.1-ci maddə üzrə inzibati xəta haqqında işə məhkəmənin baxmaq səlahiyyəti olduğu halda Bakı şəhəri DYPİ-nin Polis polkovniki X4 aid olmadığı maddə üzrə xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinə uyğun izahat verərək, ümumiyyətlə içki içmədiyini, əlavə müayinədən keçirəcəklərini bildirərək izahat yazdırdıqlarını bildirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X13 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X7 tərəfindən xx.xx.2024-cü il tarixində saat 11:51 radələrində Səbail rayonu, Neftçilər prospekti ərazisində “VOLKSWAGEN TOUAREG R-LİNE” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan alkoqol testindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:41 radələrində X6 alkoqolun miqdarı 0,451% müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd: 1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə ilk öncə şikayətçinin Bakı şəhəri DYPİ-nin Polis polkovniki X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən protokol tətrib etmək səlahiyyətinə aid olmadığı hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin digər maddələri ilə yanaşı həmçinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu Fərmanın 6-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Bundan əlavə, yuxarıda qeyd edilən normalardan da göründüyü ki, əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud olsun. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan və həmin protokola əlavə edilmiş iş materiallarından inzibati xətalar haqqında qanunvericiliyin qeyd edilən normalarında göstərilmiş hallar mövcud olmadığından işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxmışdır. Məhkəmə həmçinin qeyd edir ki, işin mübahisəli halı X1 sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdir. İnzibati tənbeh vermə haqqında qərardan isə görünür ki, X3 İXMnin 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, İXM-nin 333.1-ci maddəsinə münasibətdə inzibati tənbeh vermə haqqında qərar ilə alkoqol testi arasında ziddiyyətlər mövcud olduğundan və digər sübütlar ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ləğv edilməli, bu hallar yenidən araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələri ilə Bakı şəhər X13 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və İXM-nin 333.1-ci maddəsinə münasibətdə yenidən araşdırılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134, 135.1.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələri ilə Bakı şəhər X13 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və İXM-nin 333.1ci maddəsinə münasibətdə yenidən araşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar