Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2600/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP 1663512, xx.xx.2025-ci il tarixli, İXP 6163512, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarlardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 1663512, xx.xx.2025-ci il tarixli, İXP 6163512, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarlardan ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi xx.xx.2025-ci il tarixli, İXP 1663512, xx.xx.2025-ci il tarixli, İXP 6163512, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə eyni vaxtda 2 və daha artıq inzibati xəta haqqında protokol və ya inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilən hallar isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP 1663512, xx.xx.2025-ci il tarixli, İXP 6163512, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolların ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP 1663512, xx.xx.2025-ci il tarixli, İXP 6163512, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2600/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2600/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver