Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2601/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunması qərara alınmışdır. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən şikayət və bu şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verilmişdir. Vəsatətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə DYP İdarəsinə elektron şikayət göndərmiş lakin 1 ay keçməsinə baxmayaraq cavabsız qalmış, daha sonra Bakı şəhər DYP İdarəsinə yaxınlaşdıqda cərimənin düzgün tərtib edildiyi bildirilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli qərardan şikayət vermək üçün buraxılmış müddəti bərpa edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DYP İdarəsinə elektron şikayət göndərmiş lakin 1 ay keçməsinə baxmayaraq cavabsız qalmış, daha sonra Bakı şəhər DYP İdarəsinə yaxınlaşdıqda cərimənin düzgün tərtib edildiyi bildirilmişdir. Heç bir qayda pozuntusuna yol vermədiyini nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, hazırkı iş üzrə şikayətçi X4 tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, həmin səbəblərin üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, şikayət üzrə xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpası barədə vəsatətində şikayət vermə müddətinin üzrlü səbəbdən ötürüldüyünə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də müddətin bərpasına dair şikayətçi X4 tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin və şikayət geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2601/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2601/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver