Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2629/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Azərbaycan X1 yanında Qarajın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan X1 yanında Qarajın Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan X1 yanında Qaraj Azərbaycan X1nın tərkibində (tabeliyində) fəaliyyət göstərir. Başqa sözlə birbaşa həmin Konfederasıyaya (hüquqi şəxsə) tabedir. Hazırki işdən isə görünür ki, Səbail RPİ-nin DYPŞAzərbaycan X1 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən inzbati xəta haqqında protokol tərtib etməli olduğu halda, Konfederasıyanın tərkibində (tabeliyində) fəaliyyət göstərən Qaraj barəsində tərtib etmişdir. Göründüyü kimi Azərbaycan X1 yanında Qarajın mülkiyyətində olan avtomobilin inzibati xəta törətmiş sürücü bərəsində məlumat verməməsi Qarajın inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tətbiq edilməsi prosessual baxımdan mümkün deyil. Azərbaycan X1 yanında Qaraj müstəqil hüquqi şəxs olması barədə iş materiallarına müvafiq sənəd əlavə edilməmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Belə ki, həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırılması mümkün deyil. Ona görə də həmin pozuntular protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aradan qaldırılmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan X1 yanında QarajınAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalı, həmçinin izah edilməlidir ki, natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİM: Azərbaycan X1 yanında Qarajının barəsində tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərmaterial Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə geri qaytarılsın. İzah edilsin ki, mövcud natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2629/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2629/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver