Məhkəmə qərarları › İş №3(009)-2631/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2631/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2631/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyi onun mülkiyyətində (istifadəsində) olan “BMW 740 Lİ” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verməmişdir. Bununla da, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinə ünvanladığı məktubdan görünür ki, həmin məktub ünvan 1, ev 19 ünvanına göndərilmişdir. Halbuki iş materiallarında olan Səbail RPİ-nin DYPŞ tərəfindən təqdim edilmiş göndərişdən görünür ki, sorğu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin ünvan 2 ünvanına göndərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin bir neçə Mərkəzi vardır. Həmin Mərkəzlərinin də ayrıca hüquqi ünvanı mövcuddur. Buna görə də, inzibati xəta törədən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin strukturuna daxil olan Mərkəz konkret olaraq müəyyənləşdirilməli və bundan sonra inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalı, həmçinin izah edilməlidir ki, natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 3537367nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə qaytarılsın. İzah edilsin ki, mövcud natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar