Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2632/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Xüsusi Tağım Yol Patrul Xidməti Baş ispektor-polis X2nun 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək Xüsusi Tağım Yol Patrul Xidməti Baş ispektor-polis X2nun 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Xüsusi Tağım Yol Patrul Xidməti Baş İnspektor polis X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı 21 noyabr 2024-cü il tarixli qərarı ilə o İXM-nin 339.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas omuş hal isə ondan ibarət olmuşdur ki, guya o xx.xx.2024-cü il tarixdə saat 08:54 radələrində Salyan Şosesi ərazisində “Toyota Land-Cruiser-Prado minik” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “nəqliyyat vasitələri sahibləri və ya sürtücüləri tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etmə” nəticəsində İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Xüsusi Tağım Yol Patrul Xidməti Baş İnspektor polis X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı 21 noyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulan “nəqliyyat vasitələri sahibləri və ya sürücüləri tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etmə” anlayışı ona tətbiq oluna bilməzdi, çünki cəmi bir neçə ay bundan əvvəl o avtomobilini texniki baxışdan keçirmiş, həmin avtomobili idarə etməkdə hər hansı qanunsuzluq yoxdur. Həmin cərimənin ona tətbiq edilməsində isə polis əməkdaşlarının qərəzi onunla bağlı idi ki, xx.xx.2024-cü il tarixdə saat 08:54 radələrində Salyan Şosesi ərazisində “Toyota Land- Cruiser-Prado minik” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onu saxlama səbəbi kimi avtomobildə konstruktiv dəyişikliklərin aşkar edilməsi əsas götürülərək (2011-ci il buraxılışlı avtomobildə yan qanadlar, işıqlar və kapotun eyni model və marka avtomobilin 2019-cu ilin detalları ilə əvəz edilməsi ilə) qanunsuz və əsassız olaraq dərhal cərimə meydançasına yerləşdirildi. Etirazıma məhəl qoymayan polis əməkdaşı avtonəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməli olmasının birbaşa qanunun tələbi kimi əsaslandırdığına görə o məcburən buna tabe olmalı oldu. Polis əməkdaşının bildirdiyinə görə guya bu inzibati xətaya görə 150 manat cərimə cəzası nəzərdə tutulub. Lakin, sonra müəyyən araşdırmalar apardı və hüquqşünas və vəkillərlə məsləhətlər alandan sonra ona aydın oldu ki, İXM-də nəzərdə tutulan konstruktiv dəyişiklik dedikdə tamamilə başqa anlayışlar nəzərdə tutulubmuş. Yəni, əgər o “Toyota Land-Cruiser-Prado minik” markalı, 90-OB- 339 dövlət qeydiyyat nişanlı avtomobilə başqa marka və model avtomobilin ehtiyat hissələrini qoymuş olsaydı (məsələn, avtomobilimin mexaniki hissələrinə təsir edə biləcək VAZ 21014 markalı avtomobilin hər hansı ehtiyat hissəsini qoymuş olsaydım) bu təbii ki, konstruktiv dəyişiklik hesab olunmaqla həmin avtomobilin həm mexaniki həm də vizual hissəsinə təsir edəcək ola bilərdi. Amma, eyni marka avtomobildə sadəcə il fərqi ilə görünüş baxımından hər hansı yaxşılaşdırma işlərinin görünməsi heç də onu deməyə əsas ola bilməzdi ki, bu konstruktiv dəyişiklikdir. İnzibati xəta haqqında qərar qəbul edilən növbəti gün artıq o Baş Dövlət Yol Polisi İdarəsinə (Xırdalana) vəkillə getdi ki məsələyə aydınlıq gətirisin.Təxminən 3 saatdan artıq gözləməyi nəticəsində onu qəbul edən təhqiqat şöbəsində mayor rütbəli polis əməkdaşı vəkilini deyil, onu qəbul edərək 1 saat da onun otağında gözləyəndən sonra ona yuxarıda mübahisələndirdiyi qərarı təqdim etdi və dərhal elektron sistemə vurdu (görünür ki, vəkilinin israrlı hüquqi mövqeyi onları narahat etdi deyə onlar məcburiyyət qarşısında qərar qəbul etmək xatirinə İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati cəriməni ona tətbiq etdilər). İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Mübahisələıidirilən TP ******* saylı, 21 noyabr 2024-cü il tarixli qərar qanunsuz qəbul edilmişdir. Qərar qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X1nun nümayəndəsi və vəkili Nümayəndə hazırkı şikayəti müdaifə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində, saaat 8:54 radələrində, Salyan şossesində Hüseynov Pərvizin idarə etdiyi avtomobil Xüsusi Tağım Yol Patrul Xidmətinin Baş İnspektor Polis X2 tərəfindən saxlanılmışdır. Bu barədə məlumat istəyən zaman onlara bildirmişdir ki, Hüseynov Pərvizin mülkiyyətində və istifadəsində olan Toyota Land-Cruiser-Prado markalı avtomobildə konstruktiv dəyişiklər olunmuşdur. Lakin etiraz edilməsinə baxmayaraq və konstruktiv dəyişiklər olsa bələ avtomobilin cərimə meydançasına aparıla bilməyəcəyini bildirmişdir. Çünki, dəyişiklikdə eyni avtomobilin digər modelinin müəyyən hissələri olmuşdur. Bu isə avto nəqliyyatın mexaniki hissəsinə təsir edəcək hal deyildir. Buna baxmayaraq avto nəqliyyat vasitəsi məcburi şəkildə cərimə meydancasına yerləşdirilmiş və sənədlər təqdim olunan zaman mütləq şəkildə növbəti gün Baş Dövlət Yol Polis İdarəsinə gedilməli, əks halda 150 manatla bağlı cərimə olunacağını və həmçinin avtomobilin ordan götürüləcəyini bildirilmişdir. Növbəti gün hüquqlarını müdafiə etdiyim şəxs ilə birgə Baş Dövlət Yol Polis İdarəsinə getmiş, orda 3 saat gözləmiş və söhbət zamanı Polis əməkdaşlarına izah edərək vətandaşı konstruktiv dəyişiklər var deyə saxladığını, cərimə meydancasına aparılması özü bir qanusuzluq olduğunu bildirilmişdir. Subut edilməlidir ki, avto nəqliyyat vasitəsində konstruktiv dəyişiklərlər olunub və bu deyişikliklər avtomobilin mexaniki hissəsinə təsir göstərilən zaman olur. Avtomobildə qabaq qanadlar və işıqlandırma sistemi dəyişilmişdir. Bu söhbətlərdən sonra düşündük ki, polis əməkdaşları təsirlənmişdir. Hüseynov Pərviz otaqda 40 dəqiqə söhbət etdikdən sonra çıxmış və Nümayəndə etibarnaməsi olmadığına görə içəri buraxılmamışdır. Hazırda mübahisələndirdiyi qərarı vermişlər və onlar da qanunla Dövlət tərəfindən qorunan Konstitusiya hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdirlər. Hüseynov Pərviz tərəfindən avqust ayında avtomobil texniki baxışdan keçmişdir. Qeyd etdiklərini nəzərə alaraq həmin qərarın ləğv edilib xitam edilməsi ilə bağlı qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xüsusi Tağım Yol Patrul Xidməti Baş ispektorpolis X2nun 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X6 tərəfindən xx.xx.2024 tarixində saat 08:54 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyn şossesində **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X4 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sms bildirişdən görünür ki, X4 ** OB *** nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə 15864296 talon nömrəsi ilə texniki baxışdan keçmişdir. Təsvir olunanlardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə qəbul edilmiş Xüsusi Tağım Yol Patrul Xidməti Baş ispektor-polis X2nun 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə qəbul edilmiş Xüsusi Tağım Yol Patrul Xidməti Baş ispektor-polis X2nun 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2632/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2632/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver