Məhkəmə qərarları › İş №3(009)-2638/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2638/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2638/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı , Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Hesab edirəm ki, inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2636/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Səbail Rayon Dövlət X1 xx.xx.2025-ci il tarixli EQ 27505889 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səbail Rayon Dövlət X1 xx.xx.2025-ci il tarixli EQ 27505889 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində Şəxs barəsində yerləşdirilmiş inzibati cərimə silinmişdir. Həmin məhkəmə qərarından görünür ki, Səbail Rayon Dövlət X1 xx.xx.2025-ci il tarixli EQ 27505889 nömrəli inzibati tənbeh vermə haqqında qərarı İXP7373796 saylı protokol əsasında qəbul edilmişdir. Məhkəmə hesab edir ki, İXP7373796 saylı protokol üzrə yekun məhkəmə aktı çıxarıldığından və həmin protokol ləğv edildiyindən 26 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən inzibati xətaya məhkəmə tərəfindən mahiyyəti üzrə baxıldığından və qərar qəbul edildiyindən inzibati xəta haqqında protokollar və toplanmış materiallar tamamlanması üçün Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109,118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 26 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar