Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2646/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib olunmasına əsas olmuş cərimə qərarı iş üzrə materiallara əlavə edilməmişdir. Belə olan halda qeyd olunan cərimə qərarının qüvvəyə minmə tarixini və qərarın icra müddətini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, İXM-nin 529.3-cü maddəsinin dispozitiv şərtlərinin ödənilib ödənilməməsini müəyyən etmək üçün cərimə qərarı yazılmış inzibati xətanın baş verdiyi vaxtı, qəbul edilmiş qərarın qüvvəyə minməsi tarixi və həmin qərarın icra müddəti müəyyən olunmalıdır. Bu müddətləri müəyyən edən müvafiq sənədlər İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əlavə edilməlidir. Hazırkı iş materiallarında Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarının olmaması, qərarı alması və həmin qərarın qüvvəyə minmə vaxtının müəyyən edilməməsi isə öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranıb yaranmamasını müəyyən etməyə imkan vermir. Göründüyü kimi, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və həmin natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2646/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2646/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver