Məhkəmə qərarları › İş №3(009)-2650/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2650/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2650/2024 10.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24527087 saylı qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X1 Samirə Malik qızının barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24527087 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 24527087 saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 17:14-də “Cadillac” Avto Salonunun qarşısında “Hyundai Tucson minik” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar “Hyundai Tucson minik” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində çıxarılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki işdə həmin qərardan şikayət X6 tərəfindən deyil, barəsində heç bir inzibati tənbehvermə haqqında qərar qəbul edilməmiş şəxs X3 tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24527087 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106,109, 118, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24527087 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar