Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-266/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə 24.12.1991-ci ildə Rusiya Federasiyası Volqoqrad vilayəti,Uryuşinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məmməd Hacınski küçəsi, ev 100, mənzil 65-də qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinidən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 01.02.2022-ci il tarixdə saat 01.25 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olarkən həmin ərazidə xidmət aparan Nəsimi RPİ-nin YPX əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyəyrək ifadəsində göstərmişdir ki, gecə 01:25 radələrində Ü.Hacəbəyov küçəsində yol patrul xidməti əməkdaşları onun sərnişin olduğu və həyat yoldaşı tərəfində idarə olunan avtomaşını heç bir səbəb olmadan saxlamış, özünü təqdim etmədən sənədləri tələb etmiş, sənədlər evdə qaldığı üçün portal vasitəsi ilə o məlumatların götürə bilməklərini demiş, sonra həyat yoldaşını sərnişin yerində əyləşdirmiş, özü sükan arxasına keçmiş, onun bu hərəkətləri YPX əməkdaşlarının onlara tabesizlik göstərməməsi kimi anlamışlar. Yəni aralarında yaranan anlaşılmazlıq tabesizlik kimi qiymətləndirilmişdir.Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXMnın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon YPX-nın polis nəfəri X2 öz ifadəsində göstərmişdir ki,, Ü,Hacıbəyov küçəsində xidmət apararkən gecə 01:25 radələrində sürücü tərəfindən nəqliyyat vasitəsini kəmər taxmadan idarə etməsini müəyyən edib onu saxlatmış, sürücü qadın olmuş, sağ tərəfdən sərnişin düşərək onlara yaxınlaşmış, həmin şəxslə birlikdə sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, törətdiyi xəta barədə məlumat vermiş, sürücü pəncərəni açmamış, sənədləri təqdim etməmişdir.Şəxsiyyəti barədə verdiyi məlumat üzrə isə portaldan sürücülük vəsiqəsi barədə məlumat əldə edə bilməmişlər.Sürücünün həyat yoldaşı mübahisə yaratmış, onların qanuni tələblərinə tabe olmamış, naryad çağırmış və bu barədə raport tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon YPX-nın polis nəfəri X1 öz ifadəsində göstərmişdir ki,, Ü,Hacıbəyov küçəsində xidmət apararkən gecə 01:25 radələrində sürücü tərəfindən nəqliyyat vasitəsini kəmər taxmadan idarə etməsini müəyyən edib onu saxlatmış, sürücü qadın olmuş, avtomobil saxlayarkən sərnişin düşərək avtomaşını həyat yoldaşı tərəfindən idarə olunmasını və ona yaxınlaşmamalarını bildirmiş, sərnişinə izah olunmuşdur ki, inzibati xəta törədən şəxs yoldaşıdır, onun sənədləri götürülüb protokol tərtib edilməlidir.Əməkdaşlar sürücüyə yaxınlaşmış, sənədlər tələb edildikdə olmadığı bildirilmiş, şəxsiyyəti barədə verilən məlumat üzrə portalda axtarış nəticəsiz olmuş, sürücünün həyat yoldaşı özü sükan arxasına keçmiş, sənəd verməyəciyini bildirmiş, qeyri-etik ifadələr işlətmiş, avtomaşını sürüb getmiş, təkrar onu saxlamışlar, həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, Səbail rayonu Polis İdarəsinin əməkdaşları onu polis bölməsinə gətirmiş, onıar müvafiq raport yazmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, idarə etdiyi maşını YPX əməkdaşları saxlamış, pəncərəni açmış, özlərini təqdim etmədən sənəd tələb etmiş, sənədi evdə qaldığından ad, soyadını bildirərək portaldan çıxarılmasını təklif etmiş, əsassız saxlanıldıqıarı üçün mübahisə yaranmış, polis əməkdaşları onları polis bölməsinə gətirmişlər. İnzibati qaydada tutma haqqında 01.02.2022-ci il tarixli protokola əsasən Şəxs 01.02.2022-ci il tarixində saat 02:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə tərtib edilmiş protokolla, raportla və məhkəmə iclasında alınmış şahid ifadələri ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və məhkəmə Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməməsini, özünü müdafiə xarakter daşıma və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin 01.02.2022-ci il tarixdə saat 02:30 da tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 150 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin AR İXM-nın 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-266/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-266/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver