Məhkəmə qərarları › İş №3(009)-2663/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2663/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2663/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 03 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da, ünvan 1 ünvanında ƏL/TMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X2 protokolda qeyd edilənləri müdafiə edərək bildirmişdir ki, Lokal gəlirlər Baş İdarəsinin 24 oktyabr 2024-cü il tarixli qərarına əsasən “X4” Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialında Cinayət yolu ilə əldə edilmiş əmlakın regalaşdırılmasına və terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə xidmətinin Azərbaycan Respublikasının qanununa əməl edilməsinə nəzərəti həyata keçirilmə məqsədi ilə 1 oktyabr 2020-ci il tarixindən 30 sentyabr tarixinədək səyyar yoxlama aparılmış və yoxlama nəticəsində 3 dekabr 2024-cü il tarixli nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair akt tərtib olunmuş və aktda qanunun müəyyən edilmiş tələblərin pozulmnasına dair protokol tərtib olunmuşdur. Maliyyə manitoring xidmətinin məlumat bazasında qeydiyyat barədə Vergi orqanına cavab gəlmiş və həmin məlumatda qeyd olunmuşdur ki, “X4” Limited Şirkəti tərəfindən qanun tələbləri pozulmuş və mənsul şəxs təyin olunmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, inzibati xətanın törədilməsində özünü təqsirli hesab etmir. Yoxlama aparılmışdır, həmin yoxlama ərzində müvafiq sənədlər Vergi orqanına təqdim olunmuşdur və iş materiallarınada əlavə olunmuşdur. Məsul şəxsin təyin edilməsi barəsində əmrdir. Bu əmr 1 mart 2023-cü il tarixində verilmişdir. Bu hal mübahisələndirilmir. Vergi orqanı da qəbul etmişdir ki, belə bir əmr var. Vergi orqanın mübahisələndiyi məsələ ondan ibarətdir ki, “X4” Limited Şirkəti təyin olunma barədə məlumatın Maliyyə Monitorinq Xidmətinə təqdim ediməməsidir. Məsul şəxs barədə məlumatı Maliyyə Monitorinq Xidmətinə təqdim edilməsi üçün xüsusilə yaradılmış elektron sistemlə həyata keçirilir. Lakin, dəfələrlə müraciət olunmuş və sistem hər dəfə xəta baş verdiyini göstərmişdir. “X4” Limited Şirkəti tərəfindən bütün cəhdlər edilmiş, lakin bu mümkün olmamışdır. Bu şirkətin səhvi deyil. Maliyyə Monitorinq Xidmətinin elekton sistemində yaranan xəta nəticəsində məlumatın yerləşdirilməsi tamamlanmamışdır. Bu da sistemin səhvidir. İnzibati Xətalar Məcəlləsinə görə şəxs o vaxt məsuliyyətə cəlb oluna bilər ki, təqsiri olsun. Burada intibati xəta tərkibi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxslərin qeydiyyatına dair çıxarışdan görünür ki, “X4” Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.1998-ci ildə qeydiyyata alınmışdır, hüquqi ünvanı-ünvan 2 əlavə edilmiş hüquqi şəxslərin qeydiyyatına dair çıxarışdan görünür ki, “X4” Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi Şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “X4” Limited (VÖEN: **********) şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2021xx.xx.2024-cü dövr üzrə xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək yoxlama aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 15 noyabr 2024-cü il tarixli, 3-21-28/2-1154/2024 saylı məktubundan görünür ki, “X4” Limited (VÖEN: **********) şirkətində məsul şəxs təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş 01 mart 2023-cü il tarixli, xx/xx/2023 nömrəli əmrdən görünür ki, “X4” Limited (VÖEN: **********) şirkətinin Azərbaycan Respublikasındakı filialında direktor vəzifəsində çalışan Şəxs məsul şəxs kimi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “X4” Limited Şirkətinin ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “X4” Limited Şirkətinin qeydiyyat statusunu FİN və ya VÖEN vasitəsi ilə görə bilmirlər. Bununla bağla məlumatlandırılmalarını xahiş etmişdirlər. Məhkəmə iclasında tərəflərin iştirakı ilə bir daha xüsusilə yaradılmış elektron sistemdə Şəxs tərəfindən cəhdlər edilmiş, lakin bu mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyrimaliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə –vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 598.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar