Məhkəmə qərarları › İş №3(009)-2677/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2677/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2677/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş ARAŞ-ın nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ARAŞ Hüquq və Beynalxalq əməkdaşlıq şöbəsi tərəfindən tərtib olunmuş 05 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMM nın “QDTV“ platforma operatoru xidməti tərəfindən xx.xx.2024 cü il tarixdə saat 11:00 da , Bakı şəhəri , Səbail rayonu, Azadlıq prospektı , ev 674-cü məhəllə . Mən 409-da retransiyasiya zamanı “ Media huququnda ” Qanunun 32.4 –cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retransiyasiyasına dair bağlanmış müqavilənin sürətini Şuraya təqdim etməlidir , tələbini pozmuş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş ARAŞ-ın nümayəndəsi X4 protokolun qanuni olduğunu və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11 – ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli retranslyasiya fəaliyyətinin monitorinqinə dair arayışdan görünür ki, “ODTV” platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 27 (iyirmi yeddi) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, cazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçı larin proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli ARAŞ-ın “X3” MMC-yə ünvanladığı məktubdan görünür ki, “X3” MMC-nin platforma operatoru xidməti (“ODTV") tərəfindən xarici televiziya kanallarının retranslyasiyasının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 04 dekabr 2024-cü il tarixdə, saat 11:00-da keçirilmiş monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 27 (iyirmi yeddi) televiziya kanalının həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinə əsasən audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli. 795 nömrəli Fərmanının 5.36-cı bəndinə uyğun olaraq həmin Məcəllənin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Audiovizual Şurası baxır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün “X3” MMC-nin səlahiyyətli nümayəndəsinin (səlahiyyətini təsdiq edən etibarnamə olmaqla) 05 dekabr 2024-cü il tarixdə, saat 11:00-da Audiovizual Şuranın inzibati binasında (ünvan 1 ünvanında) olmasını təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Platforma/multipleks operatorundan avadanlığın təhvil alınması aktından görünür ki, avadanlıq işlənmiş olsada yararlıdır. Şura aparatında yoxlanılmış və təhvil alınmışdır. Məhkəmə, müxtəlif dillərdə yayımlanan 27 (iyirmi yeddi) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, cazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçı larin proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinə əsasən, audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130 və 381.11-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar