Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-268/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, ev 25, mənzil 54-də qeydiyyatda olan və yaşayan, sözlərindən əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinidən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 31.01.2022-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, “Qız Qalası”nın qarşısında əvvəl YRX inspektoruna, daha sonra RRX əməkdaşının qanuni tələblərinə tabe olmamış və polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, 31.01.2022-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, “Qız Qalası”nın qarşısında YPX əməkdaşı onu saxlamış, idarət etdiyi avtomaşın şirkətə məxsus olmuş, həmin avtomaşını idarə etmək üçün verilən etibarnamə üzərində olmadığı üçün YPX əməkdaşı avtomaşını dayanacağa yerləşdirilməli olduğunu bildirmiş, o, imtina etməmiş, əməkdaşa maşını idarə edərək dayanacağa sürməsini xahiş etdikdə YPX əməkdaşı bildirmişdir ki, o, motosiklet sürür, evakuator vasitəsilə dayanacağa yerləşdirilsin. Eyni zamanda ondan soruşmuşdur ki, avtomaşında qiymətli nə var, o, bildirmişdir ki, avtomaşında bahalı ağır çəkili aparat var, onu təhvil-təslimlə verə bilər. YPX əməkdaşı demişdir ki, onda PPX-yə məlumat versin ki, bu məsələ həll olunsun. Sonra, icazə alaraq həmin görüntüləri çəkmək istəmiş və çəkiliş aparmışdır. Həmin vaxt ora yaxınlaşan polis nəfəri nəyə görə çəkiliş aparmasını soruşmuş, çəkilişi qapatmış, o, telefon vasitəsilə çəkilişi apararkən telefonu əlindən almış, çəkilişi dayandırmış, şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş, o şəxsiyyət vəsiqəsini həmin polis əməkdaşına vermiş, sonra vəkili çağırmış, onun telefonuna avtomaşını idarə etməyə səlahiyyət verən etibarnamə daxil olduqdan sonra, YPX əməkdaşına göstərmiş, avtomaşını idarə etməyə səlahiyyətli olduğunu bildirmiş, sonra ora gələn polis əməkdaşları onları polis bölməsinə dəvət etmiş, öz maşınını idarə edərək polis bölməsinə getmiş, orada izahat vermişdir. O, polis əməkdaşlarının bütün qanuni tələblərinə tabeçilik göstərmişdir, lakin onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin olması sübut olunmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail PPX-nin polis nəfəri X1 öz ifadəsində göstərmişdir ki, 31.01.2022-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, “Qız Qalası”nın qarşısında xidmət apararkən YPX əməkdaşının bir avtomaşını saxladığını görüb, kömək məqsədilə ora yaxınlaşmış, avtomaşının sürücüsünün çəkiliş apardığını görüb, çəkilişi nə məqsədlə etdiyini soruşmuş, o, bildirmişdir ki, şəxsi çəkilişdir, o, kameraya baxarkən sürücü telefon vasitəsi ilə çəkiliş etməyə başlamış, o, telefonu alaraq çəkilişi dayandırmış, telefonu qaytarmış, şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, sonra ora yaxınlaşan polis əməkdaşlarına həmin şəxsi təhvil vermişdir. AR İXM-nın 535.1-ci maddəsinə əsasən şəxsin həmin maddə ilə məsuliyyəti onun polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. AR İXM-nın 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi inzibati protokolu tərtib edən orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib edən orqan tərəfindən Şəxs inzibati xəta törətməsini təsdiq edən sübutlar protokola əlavə olunmadığı üçün, habelə Şəxs inzibati xəta törətməsini etiraf etmədiyi üçün, bununla da onun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması şübhəli olduğu üçün, bu şübhələr onun xeyrinə həll edilməlidir. AR İXM-nın 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında işin icraatına xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin olması sübut olunmadığı, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmədiyi üçün başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-268/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-268/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver