Məhkəmə qərarları › İş №3(009)-2684/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2684/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2684/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirəndirilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 19 oktyabr 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə vətəndaş Ələkbərli Turab tərəfindən zəng daxil olmuşdur. Zəngdə isə qeyd edilmişdir ki, otelde qonaq qismində qalan iki nəfər ərəb iki nəfər qızla pul qarşılığı cinsi əlaqəyə girmək üçün razılığa gəlmişlər. Ərəblərin dediyinə görə Lala xanımla tanış olmuşlar, daha sonra Susana xanım gəlmişdir. Xanımlar səsküy etdikləri üçün ərəblər onlara 450 manat vermiş və heç bir xidmət görmədikləri üçün otelin qeydiyyat şöbəsindən polisə zəng etməsini xahiş etmişlər. Daxil olan məlumata əsasən əməkdaşlarla birlikdə Səbail rayon, Nərimanov prospektində yerləşən “Sea Viev” adlı otele gedilmiş və orada iki nəfər qadının yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğu məlum olmuşdur. X4 dəvət edilmiş, laki öz nəqliyyat vasitələri ilə qaçmağa cəhd edərkən saxlanılmışdırlar. Polis Bölməsinə gətirilərkən polis əməkdaşlarına tabesizlik edərək, nalayiq ifadələr işlədərək iş rejimini pozmuşlar. Lala xanımdan otağı tərk etməsi tələb edilsə də, etməmiş, şöbədə iş rejiminə mane olmuşdur. Susana xanım şüşəni kəsib ətrafdakılar üçün təhlükə yaratdığı üçün qandaldan istifadə etmişdir. Narkotik istifadə etmələrindən şübhələnərək ekspertiza təyin edilmiş və narkotik istifadə etdikləri təsdiqlənmişdir. Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ərəblərlə tanış olmuş və ərəblər onlara pul təklif etmişlər. Susana ilə ayrı şəkildə tanış olmamış, hamısı birlikdə olmuş və otele Susananın maşını ilə getmişlər. İki saata yaxın orda oturmuşlar. Daha sonra Susana xanıma getməsini, artıq başqa qız çağırdıqlarını bildirmişlər. Daha sonra qeydiyyat şöbəsində işləyən oğlan otağa gəlmiş və pul almamalarını, otelin müdirinin tapşırdığını deyərək söyüş söymüşdür. Bundan sonra Susana xanım onların söyüş söydüyünü görərək telefonu çıxarıb video çəkməyə başlamışdır. Səs-küyü yaranma səbəbi isə, Susana xanımın pulunu az verməməsi olmuşdur. Ərəb Susana xanımdan oynamasını, rəqs etməsini istəmiş, o isə qəbul etməmişdir. Daha sonra otelin müdiri Susanaya zəng etmiş və pulu ərəbə qaytarmağını istəmişdir. Bundan əlavə həmin söyüşlərin olduğu videonu silməyi istəmişlər, videonu silməsi qarşılığında polisə xəbər verməyəcəklərini bildirmişlər. Susana videonu silmiş, lakin silinənlər hissəsində saxlamışdır və çıxıb getmişlər. Biraz gedəndən sonra Post Patrul gəlmiş və 9-cu Bölməyə getmələri deyilmişdir. Orda otaqdan çıxmasını istəmişlər, lakin çıxmamışdır. Çünki otaqdakı səs bayıra gəlirdi, çıxmağının heç bir mənası yox idi. Orda söyülmü, döyülmüş, təhqir edilmişdir, hətta qollarını qandallamışlar. Narkotik qəbul etməmişdir, 20 gün əvvəl narkoz alaraq əməliyyat olmuşdur, orda ağrıkəsici iynələr vurulmuşdur və qanında narkotik çıxma səbəbi olmuşdur. Məhkəmədən ədalətli qərar verməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9cu Polis Bölməsində növbətçi sürücü X2 göstərmişdir ki, 19 oktyabr 2025-ci il tarixdə oteldən məlumat daxil olmuşdur. Hadisə yerinə gedərək xanımları maşınlarını saxlamışlar və bölməyə dəvət etmişlər, lakin onlar etiraz etmişlər. Sahə rəisi danışandan sonra razılığa gələrək bölməyə gəldilər. Gəldikdən sonra iş rejimini pozmağa başladılar, səs-küy saldılar, otaqdan çıxmayaraq nalayiq ifadələr istifadə etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb və səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən tərtib olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 20 oktyabr 2025-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Şəxs sidikdə preqabalin aşkar edilmişdir. İnzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 19 oktyabr 2025-ci il saat 23:50 dəqiqədən tutulmuş hesab edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadəsi və digər iş materialları ilə onun ictimai qaydanı pozması, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis əməkdaşlarına tabesizlik göstərməsi və qanunsuz olaraq narkotik vasitələrin istehlakına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilməsini əsaslı hesab edir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həmin Məcəllənin 510-cu və 535.1-ci maddələrinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 88, 114, 115, 206, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (bir yüz) manatından azad edilsin və üzərində qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar