Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2686/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X7 Oliverin nümayəndəsi və vəkili Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə dair X8 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş vəzifəli şəxs X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şehər İdarəsi (bundan sonra DƏMX) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı "xxxx" MMC-nin direktoru X11 barəsində MN № ******* nömrəli, 15 avqust 2023-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, müəyyən edilmişdir ki, X2 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq (1 ildən çox əmək stajı olduğu halda təqvim həftəsindən az müddətdə rəsmi xəbərdarlıq edilib) xx.xx.2023-cü ildə bu məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilib. Həmin qərarda törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. Bununla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” Qərarda nəzərdə tutulmuş müddətdə hüquq pozuntusu tərəfindən aradan qaldırılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli №189 saylı ƏMR-ə 25 avqust 2023-cü il tarixli düzəliş edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin В bəndinə əsasən xx.xx.2023 tarixdə tutduğu vəzifədən (işçilərin sayı və ya ştatları ixtisar etdikdə) azad edilməsi qeyd olunmuşdur. Əsas olaraq xx.xx.2023 tarixli Ştatların ixtisarı ilə bağlı 02 saylı əmrə göstərilmişdir. Qeyd olunan hüquq pozuntularının aradan qaldırılması barədə "xxxx" MMC rəhbəri olaraq tərəfimdən DƏMXya 12 oktyabr 2023-cü il tarixli məktub ünvanlayaraq MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və MN № ******* nömrəli, 15 ayqust 2023-cü-il Qərar əsasında göstərişlərin icra edildiyini bilib. Həmçinin məktubda qeyd etmişdir ki, protokolda göstərilən X2 əmək kitabçasına düzəliş edilməsi (əmək kitabçasında xitam tarixinin xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə dəyişdirilməsi) məqsədilə şəxsə əmək kitabçasının onlara təqdim edilməli olduğu tərəflərindən dəfələrlə bildirilmişdir. Buna baxmayaraq Fərhadlı Kamran bunu etməkdən imtina etmişdir və hal-hazırda başqa yerdə işlədiyi üçün əmək kitabçasını onlara təqdim edə bilməyəciyini bildirmişdir. Farhadlı Kamran həmçinin onlara öz hüquqşünasının əlaqə nömrəsini vermişdir və hüquqşünas da onlara eyni məzmunda cavab vermişdir (Çingiz m: ***-***-**-**). АСЕ Forvarding MMC Şirkəti olaraq Protokola əsasən əmək kitabçasına müvafiq düzəlişləri etməyə razı olduğumuzu, lakin qarşı tərəfin onlara əmək kitabçasını təqdim etmədiyini nəzərə alaraq, X2 əmək kitabçasına müvafiq düzəlişin aparılması üçün bizə köməklik göstərilməsini DƏMX- dən xahiş etmişdik. Lakin DƏMX-i 04 noyabr 2023-cü il tarixli məktubu ilə müraciətimizdə göstərilən səbəblər ilə bağlı K.Fərhadlının əmək kitabçasında müvafiq qeyd aparılaraq müraciət edildiyi təqdirdə icrasına baxılacağı bildirilmişdir. Göründüyü kimi, DƏMX-nin cavab məktubu formal xarakter daşıyır. Belə ki, həmin məktubda K.Fərhadlınm hərəkətsizliyi nəticəsində şirkət tərəfindən əmək kitabçasında müəyyən qeydlərin etməsinin mümkün olmadığı nəzərə alınmadan, təkrar olaraq düzəlişlərin edilməsinin vacibliyi vurğulanır və nəyin icrasına qanunvericilik çərçivəsində baxılacağı qeyd olunmur. Həmin məktub tərəfimdən rəsmi qaydada poçt qəbzinə imza edilməklə 11 noyabr 2023-cü il tarixdə alınmışdır. (xx.xx.2023cü il tarixdə şikayət ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdi) Hesab edir, qərarda göstərilən hüquq pozuntusunun tərəfimdən aradan qaldırıldığından barəsində tərtib edilmiş MN № ******* nömrəli, 15 avqust 2023-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərarda nəzərdə tutulmuş müddətin dayandırılmalıdır və iş üzrə inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi (vəzifəli şəxs Rüfət Əliyev) tərəfindən barəsində tərtib edilən MN № ******* nömrəli, 15 avqust 2023-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarda nəzərdə tutulmuş müddətin dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X7 Oliverin nümayəndəsi və vəkili Nümayəndə2, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi (vəzifəli şəxs Rüfət Əliyev) tərəfindən barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” Qərarda nəzərdə tutulmuş müddətin dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X2 müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq xx.xx.2023-cü ildə bu Məcəllənin 70-ci “b” bəndi ilə xitam verilib. X9 Oliver AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1500 (bir min yüz beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № 189 saylı Əmrə düzəlişdən görünür ki, vəzifədən azad etmə tarixi xx.xx.2023-cü il tarixə düzəliş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, X11 X5 Xidmətindən X2 əmək kitabçasına müvafiq düzəlişin aparılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında qeyd olunan göstərişlər X11 tərəfindən icra edilmiş, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində müəyyən olunan pozuntular aradan qaldırılmış, lakin X2 əmək kitabçasında düzəlişlər aparılmalı olduğu halda X1 təqdim etməkdən imtina etdiyi üçün aparıla bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,53, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2686/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2686/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver