Məhkəmə qərarları › İş №3(009)-2687/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2687/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2687/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin - 41 ci Polis Bölməsinin 41-ci Polis Bölməsinin MN ******* saylı, 15 oktyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP ******* saylı protokol əsasında barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN ******* saylı 15 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin xidməti ərazisində, 15 oktyabr 2023-cü il tarixində Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü massiv, Yaşıl küçə ünvanında yeriəşən evimdən ev heyvanı olan itini gəzdirmək üçün küçəyə çıxdıqdan sonra itin buruntaqını bağlayarkən evinin qarşısında dayanan mülki avtomobildə oturan polis işçisi tərəfindən itinin buruntaqsız gəzdirdiyini əsas gətirərək inzibati xəta törətdiyini bildirmişdir. Həmin polis işçisinə evinin qarşısında dayandığını və buruntaqı bağlamağa hazırlaşdığını bildirməyinə baxmayaraq, polis işçisi onu dinləməkdən imtina edərək və hansı hər hansı sənədləşmə aparmadan, Yalnız “sən cərimələndin” sözü ilə kifayətlənərək ərazidən uzaqlaşmışdır. İnzibati xəta haqqında protokol ona verilmədiyindən və ünvanıma göndərilmədiyindən, həmçinin inzibati xəta üzrə işə baxılmanın yeri və tarixi barədə bildiriş məktubu almadığından həmin hadisəni sadəcə polisin kobud rəftarı kimi qiymətləndirərək unutmuşdur. Noyabr ayının ortaları telefonuna sms bildirişi gəlmişdir. Bildirişə əsasən, MN ******* protokol üzrə o, Salmanlı Zaur 200 manat cərimələnmişdir. Amma protokolu hansı polis orqanının işçisinin yazması, qərarı hansı polis orqanın vəzifəli şəxsinin qəbul etməyindən xəbərsiz olduğundan, həmçinin də bu məlumatlar asan ödəniş sistemində də olmadığından Bakı şəhər Raş Polis idarəsinə asan ödəniş sistemi üzərindən və vəkil vasitəsilə müraciət etdim. Nəticədə Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsindən zəng edilərək ora yaxınlaşmağı təklif olundu. Həmin bölməyə gedən nümayəndə 01 dekabr 2023-cü il tarixdə barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını götürməyə müvəffəq olmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın sürətini rəsmi olaraq 01 dekabr 2023-cü il tarixdə götürdüyündən şikayət vermə müddəti tərəfindən ötürülməmişdir. Səbail RPİ 41-ci PB inzibati xəta haqqında işə baxarkən ona məlumat verməli olan halda bunu etməmiş, inzibati xəta haqqında protokolu ona təqdim etmədən və iştirakını təmin edən bildiriş göndərmədən, və nəticədə iştirakı olmadan qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Səbail RPİ 41-ci PB nəinki inzibati Xətalar Məcəlləsinin müvafiq maddələrin normalarına riayət etməmiş, həmçinin inzibati xəta naqqında işə baxılarkən təmin olunmalı olan hüquqlarını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 2-11 -ci və 128-135-ci maddələrini rəhbər tutaraq, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin barəsində qəbul etdiyi MN ******* nömrəli, 2023-cü il 15 oktyabr tarixli inzibati tənbeh vermə qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi X3 şikayətin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN ******* saylı 15 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 03 avqust 1975-ci il təvəllüdlü X4 Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X4 tərəfindən itin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsi faktı öz təsdiqini tapmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi və xüsusi texniki vasitəni təqdim etməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə görə, it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göründüyü kimi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 41-ci Polis Bölməsinin MN ******* saylı, 15 oktyabr 2023-cü il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin MN ******* saylı, 15 oktyabr 2023-cü il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar