Məhkəmə qərarları › İş №3(009)-269/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-269/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-269/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 yanvar 2021-ci il tarixli, 00100-0113/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 14.06.2018-ci il tarixdə 1 ədəd, ümumi gömrük dəyəri 9350 manat olan “Peugeot Partner” markalı avtomobili Bakı Baş Gömrük İdarəsində **********1268 sorğu nömrəli gömrük bəyənnmaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan edərək, 14.06.2019-cu il tarixədək 1 il müddətinə Türkiyə Respublikasından Azərbaycan Respublikasına müvəqqəti olaraq gətirilmi, lakin malın ölkə ərazisindən aparılma müddəti 14.06.2020-ci il tarixədək müəyyən edilsə də, şirkətin filialı tərəfindən 1 ədəd avtomobil Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış, digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmi, öhdəlik müddəti bitdikdən 6 ay 29 gün sonra 12.01.2021-ci il tarixdə malın müvəqqəti idxal müddəti qanunamüvafiq qaydada uzadılması üçün gömrük orqanına ərizə ilə müraciət edilmişdir. Buna görə də inzibati xəta haqqında protokolu tərtib etmiş orqan hesab etmişdir ki, bununla “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı üzərinə düşən öhdəliyi icra etməyərək hərəkətsizliklə Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəzərə alsaq ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə (burada, müvafiq gömrük bəyannaməsini səlahiyyətli gömrük orqanına təqdim etməməklə, başqa halda müddətin uzadılmasına dair səlahiyyətli gömrük orqanına müraciəti təqdim etmədikdə) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 13, mənzil 70-dir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli, 00100-0113/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar