Məhkəmə qərarları › İş №3(009)-269/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-269/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-269/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1987-ci ildə Qazaxıstan Respublikasının Arkalıkskiy rayonunda anadan olmuş, Laçın rayonu, Zabux kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhərində kirayə yaşayan azərabycanlı, evli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 01.02.2022-ci il tarixli MN№1381351 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs 26.01.2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m ərazində VAZ 2106 və VAZ 2107 nəqliyyat vasitələrinə məxsus ümumi dəyəri 185 manat olan akumulatorlar oğurlamışdır.Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Onun tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında izahatı alınmış zərərçəkmiş şəxs X4 öz ifadəsində göstərmişdir ki, Şəxs tərəfindən ona vurulan maddi ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, məhkəmədən inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X2 əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, lakin inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxslərin barışmasını və vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında izahatı alınmış Səbail rayonu 41-ci PB-nin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, inzibati xəta haqqında protokol ionun tərəfindən tərtib edilmişdir, zərəçəkmiş şəxs X3 xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, onunla əlaqə saxlamış X.Bəkirov bildirmişdir ki, ziyan ona ödənilmişdir, onun Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, onunla barışmışdır. İş üzrə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı Ənvər Məlikovun 01.02.2022ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən vətəndaş X4 və vətəndaş X1 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR İXM-nın 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.10-cü maddəsiən əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Beləliklə məhkəmə inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxslərin barışmasını,onlara vurulmuş maddi ziyanın ödənilməsini, zərəçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 53.0.10-cu maddəsinə əsasən inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar