Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2693/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə Bakı şəhər X4 İdarəsinin 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X4 İdarəsinin 21 noyabr 2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində evə qayıdarkən Neftçilər rrospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində yerləşən işıqforu keçərkən Neftçilər prospektində Azneft dairəsinin istiqamətində 99YP453 nömrəli Yol patrul xidmətini nəqliyyat vasitəsi sirena işıqları ilə işarəsini nəzərə alaraq və saxla əmrinin tələblərinə riayət edərək ona məxsus olan 99LJ065 Hynday Santafe markalı buraxılışı 2007-ci il olan nəqliyyat vasitəsini saxlanılmasını təmin edib. Avtomobilə yaxınlaşan YPX-nin baş serjantı rütbəsində olan əməkdaşı ona məxsus olan nəqliyyat vasitəsinin üzərində tərəfindən əlavə işıq avadanlığın quraşdırılmasını bildirərək avtomobilin cərimə meydançasında saxlanılmasını bildirdi. Onun tərəfindən ona məxsus olan avtomobildə heç bir əlavə işıq avadanlığın quraşdırılmamasını bildirdi və bunların istehsal zamanı nəqliyyat vasitəsində istehsal edən zavod tərəfindən quraşdırılmışdır. Lakin 99YP453 nömrəli YPX-nin nəqliyyat vasitəsində olan digər YPX-nin baş serjantı rütbəsində olan əməkdaşı onlara yaxınlaşaraq bir daha avtomobilin cərimə meydançasında saxlanılmasını tələb etdi və ya əks halda tərəfimdən onların “qanuni tələblərini”, yəni "tabesizlik” göstərdiyimə görə hadisə yerinə Post patrul xidməti dəvət edilməsini ona bildirdi. Belə olduğu halda o qeyd olunan bu iki baş serjantın əmri və onların müşahidəsi ilə, yəni yanlarında polis zabiti olmadan, öz şəxsi qərarları, şəxsi təfəkkürlərinin məhsulu olaraq, əsassız Bakı şəhərinin Milli Bulvar Ağ şəhərində yerləşən cərimə meydançasına yola düşməli oldu. Sonda onlar ona məxsus avtomobilin cərimə meydançasında saxlatdırdılar. Bu hal zamanı onun barəsində yerində heç bir qayda pozuntusu barədə protokol tərtib edilmədi, bundan sonrada nəqliyyat vasitənin cərimə meydançasına tərəfimdən təhvil verilməsi və onlar tərəfindən alınması barədə aktda tərtib edilmədi, həmin gecə o, kor-peşman və narahat şəkildə nəqliyyat vasitəsi olmadan evə yollandı. Sabahı gün yenidən cərimə meydançasına yaxınlaşaraq, nə edəcəyimi? oradakı mülki mühafizəçisindən soruşandan sonra, O isə, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yerləşən Bakı şəhər üzrə X5 İdarəsinin 28-ci otağına polis kapitanı Kənan Müzəffərliyə yaxınlaşmağını məsləhət gördü. Həmin polis əməkdaşının yanında onun barəsində heç bir araşdırma aparmadan və sübut təqdim etmədən İnzibati xətalar Məcəlləsini 342.2.2-ci maddəsinin bəndlərini tətbiq edərək, yəni “Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilmə” görə İXP ******* nömrəli protokol və qərar tərtib edildi. 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat verərək, inzibati xəta hadisəsini törətmədiyi üçün şikayətin təmin edilməsini, Bakı şəhər X4 İdarəsinin 21 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayətə etiraz edərək bildirdi ki, X1 barəsində çıxarılmış Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİnin 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X4 İdarəsinin 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 21 noyabr 2023-cü il tarixdə saat 23:44-də, Bakı şəhəri, Neftçilər prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsindən sonra “Azneft” dairəsi istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarına ə əlavə edilmiş "xxxx" MMC tərəfindən Bakı şəhər X4 İdarəsinünvanlanmış məktubdan görünür ki, Hyundai avtomobillərinin rəsmi məlumat sisteminə istinadən ban nömrəsi “KMHSH81WP7U219814” olan “Hyundai Santafe” markalı avtomobilin arxa buferi üzərində yerləşən duman işıqları zavod istehsalıdır. Məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər X4 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bu səbəbdən salahiyyətli orqan səhv nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Odur ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndəriməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X4 İdarəsinin 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər X4 İdarəsinin 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2693/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2693/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver