Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-270/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cı ildə Samux rayonunda anadan olmuş, orada qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Səbail rayonu, 20-ci saahə, ünvan 1 ünvanda kirayə yaşayan azərabycanlı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 01.02.202-ci il tarixli MN№1381202 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs 31.01.2022-ci il tarixdə saat 19:10 radələrində Səbail rayon, Bayıl qəsəbəsi, Yeni ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının həyətindən bir ədəd plastik pəncərərəni oğurlamışdır. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Onun tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında izahatı alınmış Ulubəy” MMC-də mühafizəçi işləyən X2 göstərmişdir ki, mühafizəçi işləyən şirkətin həyətindən binanın sol tərəfinə quraşdırılmış zirzəmiyə məxsus plastik pəncərənin oğurlanmasını aşkar etdiyi üçün 8-ci PB-yə ərizə ilə müraciət etmiş, həmin bölmənin əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törədən Şəxs müəyyən edilmişdir.Təhqiqat araşdırması zamanı Şəxs şirkətə vurduğu ziyanı tam ödəmişdir, bu səbəbdən onunla barışmışdır, məhkəmədən inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, lakin inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını və vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin təhqiqatçısı Rahib Cəfərovun 01.02.2022ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR İXM-nın 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.10-cü maddəsiən əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Beləliklə məhkəmə inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 53.0.10-cu maddəsinə əsasən inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-270/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-270/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver