Məhkəmə qərarları › İş №3(009)-2701/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2701/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2701/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Şikayət vermiş şəxs X2, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Səbail rayon DYPŞ-nin yolpatrul xidmətinin baş inspektoru polis kapitanı X3 iştirakı ilə, X2 Bakı şəhəri Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 Bakı şəhər Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci rnaddəsi ilə 80 manat məbləğində cərimə edilmişəm. Qərardan görünür ki, NİSSAN X-TRAİL markalı ** ES *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı, Əhəd Yaqubov ünvanında hərəkətdə olarkən yuxarıda qeyd olunan inzibati xətanı törətmişəm. Halbu ki, Bakı, Əhəd Yaqubov ünvanı Dənizkənarı Bulivarın ərazisidir və həmin ünvanda NİSSAN X-TRAİL markalı ** ES *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hərəkətdə olmamışdır. Bu barədə Səbail rayon DYPŞ-nə müraciət edərək müvafiq video görüntünün təqdim olunması bildirilsədə görüntü olmadığı bildirilmişdir. NİSSAN X-TRAİL markalı ** ES *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkətdə ölmadığı Bakı, Əhəd Yaqubov küçəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Bakı şəhər Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətini müdafiə edərək, ünvan 2 ünvanında «Nissan X-Trail» markalı ** ES *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olmadığını, əsassız yerə 80 manat məbləğində cərimə edildiyini bildirərək, Bakı şəhəri Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Səbail rayon DYPŞ-nin yol-patrul xidmətinin baş inspektoru polis kapitanı X5 izahatında göstərmişdir ki, X4 16 noyabr 2023-cü il tarixində, saat 16:46-da, Bakı şəhəri, Əhəd Yaqubov 14 küçəsində «Nissan X-Trail» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən üfüqi nişanlanma xəttinin tələbini pozaraq əsas yola çıxdığı üçün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmiş və barəsində 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2023-cü il tarixində, saat 16:46-da Bakı şəhəri, Əhəd Yaqubov 14 küçəsində «Nissan X-Trail» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmiş və barəsində 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 qaydanı pozduğunu etiraf etmiş və özünu məhkəmə işçisi kimi təqdim edərək protokol tərtib etməməsini inspektordan xahiş etmişdir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və onun rəsmiləşməsində Səbail DYPŞ-nin əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, 06 dekabr 2023-cü il tarixli TP 6154721saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məvəlləsinin 327.2-cü maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X2 əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon DYPŞ-nin 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar