Məhkəmə qərarları › İş №3(009)-271/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-271/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-271/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyeva Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Aslan Astanovun, zərərçəkmiş şəxs (tələbkar) X5 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1076/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8312/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 22 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1076/2021- 008 nömrəli, xx.xx.2021 il tarixli icra sənədinə əsasən 18.000 manat məbləğində pul vəsaiti, 900 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 18.900 manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi X2 tutulub tələbkar X6 ödənilməlidir. İcra sənədləri xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir, icra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. Belə olan halda icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu 07 dekabr 2021-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borclu izahatında borc məbləğini tam şəkildə ödəyə bilmədiyini, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə borclunun hissə hissə ödənilmə ilə bağlı ərizəsini təmin etməmiş, həmin qərardaddan verilən şikayət isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. İcra sənədi üzrə tələbkar X3 nümayəndəsi Eyvazova Yeganə 15 fevral 2022ci il tarixli ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin davam etdirilməsini xahiş etdikdən sonra, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunmuş və Səbail rayon Məhkəməsinin 8(009)-79/2022 saylı, 09 mart 2022-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmışdır. Daha sonra tərəflər 13 aprel 2022-ci il tarixdə şöbəyə dəvət edilmiş, borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmədiklərindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə müraciət olunmuşdur. Proses zamanı borclu barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmişdir. Həmin qərardaddan verilən şikayət isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmçinin digər icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə borclu şöbəyə dəvət edilərək izahatı alnmış, borc məbləğini tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. X1 tərəfindən tələbkar X3 poçt hesabına müxtəlif tarixlərdə olmaqla ümumilikdə 3370 manat məbləğində pul vəsaiti, X5 xeyrinə isə 600 manat ödənilmişdir. Borclu 22 fevral 2023-cü il tarixli izahatında aylıq 500 manat əmək haqqı aldığını, həmin məbləği isə tam olaraq tələbkarların xeyrinə ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Aslan Astanov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın mahiyyəti aydındır. İcra sənədini icrasından yayınmır, tələbkar X3 poçt hesabına müxtəlif tarixlərdə olmaqla ümumilikdə 3370 manat məbləğində pul vəsaiti, X5 xeyrinə isə 600 manat məbləğində ödəmişdir, qalan məbləği isə ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür, bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdimişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X7 borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar